Taekvondo yarışları, arxiv şəkli

Avropa çempionatı Azərbaycan yığması üçün uğurlu başa çatıb

26
(Yenilənib 00:34 08.11.2017)
İki idmançımız medal qazanıb

BAKI, 7 noyabr — Sputnik. Avropa Taekvondo Birliyinin təşkilatçılığı ilə düzənlənən gənclər arasında Avropa birinciliyi başa çatıb.

Taekvando Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, sayca 21-ci olan və 700-dən çox taekvondoçunun qatıldığı yarışda gənclərdən ibarət milli yığma komandamız uğurlu çıxış edərək aktivinə 1 qızıl və 1 bürünc medal əlavə edib.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrindən Bəhruz Quluzadə (-45 kq) qızıl medal, Cavad Ağayev (-63 kq) isə bürünc medala sahib olub.

Xatırladaq ki, dörd gün ərzində (2-5 noyabr) davam edən Avropa birinciliyi Kipr respublikasının Larnaka şəhəri "Kision Athletic Center" arenasında keçirilib.

26
Əlaqədar
Futbol üzrə dünya çempionatı yeni qayda ilə keçiriləcək
Sahib Ələkbərov: "Bakı Dünya Çempionatını qəbul etməyə hazırdır"
Hərbçilərimiz arasında çempionat keçirilib
İki idmançımız Avropa çempionatının qalibləri sırasında
Avropa çempionatı: 1/4 final mərhələsinə start verilir