Шахматные фигуры и часы

Şahmatçılarımız Avropa çempionu oldu

132
(Yenilənib 00:17 07.11.2017)
Əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub

BAKI, 7 noyabr — Spitnik. Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu nailiyyət Yunanıstanın Krit adalarında az əvvəl başa çatan nüfuzlu yarışda əldə olunub.

Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib — 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.

132
Teqlər:
Yunanıstan, Avropa çempionu, Azərbaycan milli komandası, şahmat
Əlaqədar
Məşhur şahmatçılar "Fair Play" mükafatı ilə təltif olunacaqlar
Azərbaycan şahmat lövhəsində mühüm yerini qoruya bildi
Şahmatçılar futbol oynadılar
Bakıda Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib
"Şahmat" avtobusunda gəzinti və müdrik oyunla tanışlıq