Футбольное поле, фото из архива

Jurnalistləri qorxudan təyinat

411
(Yenilənib 13:14 05.11.2017)
Natiq Muxtarlı: Rövnəq Abdullayevin AFFA prezidenti seçilməsindən sonra futbola təxminən yarım milyard yatırım edilib, nəticə isə yoxdur

BAKI, 4 noyabr — Sputnik. Ötən gün AFFA –da Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi keçirilib. Aparılan müzakirələrdən sonra "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Sputnik Azərbaycan bu təyinatla bağlı idman mütəxəssislərinin fikrini öyrənib. 

İdman yazarı Kənan Məstəliyev hələ 3 il əvvəl — Berti Foqts milli komandanın baş məşqçiliyindən gedəndən sonra yazdığı yazıda bu posta əsas namizəd kimi məhz Qurban Qurbanovu göstərdiyini deyib. "İndi də fikrimdə qalıram və bu mütəxəssisin təyinatına sevinirəm. Qurban Qurbanov Azərbaycan millisinin, Azərbaycan millisi də Qurban Qurbanovun başına gələcək ən yaxşı hadisədir" — deyən Məstəliyevə görə, Qurbanov həm işi, həm də sözü ilə bu posta layiq olduğunu sübut edib.

Məstəliyev "Qurban milliyə getsə, onu "itirəcəyik", "Qarabağ" məhv olacaq" tipli təlaşı da qəbul etmədiyini deyib. Onun fikrincə, Qurban Qurbanov uşaq deyil, sözün hər mənasında böyük adamdır. Hər şeyi çox yaxşı bilir, anlayır və soyuq başla addım atır. 

"Milli komandamızın təsir altında qalmayacaq, öz sözünü deyə biləcək və üstündə duracaq bir adama ehtiyacı var. Qurbanov da məhz belələrindəndir. Onun rəhbərliyi altında yığmamızın əvvəlki dövrlərdən daha yaxşı çıxış edəcəyinə, tarixi uğur qazanacağına kiçik şübhəm belə yoxdur. Hər şey qaydasında getsə, yəni mane olmasalar, Qurbanov Azərbaycanı AÇ-2020-yə çıxaracaq. "Qarabağ"a da heç nə olan deyil. Məncə, Qurbanov layiqli davamçısı ortaya çıxana qədər iki işi paralel apara bilər və bunda hansısa çətinlik olacağını düşünmürəm. Bu təyinata nikbin yanaşmalı, Qurbanova sonuna qədər dəstək olmalıyıq." — deyə K.Məstəliyev əlavə edib.

İdman şərhçisi, "Kaspi" qəzetinin redaktoru Natiq Muxtarlı isə hesab edir ki, Qurban Qurbanovun yığmaya baş məşqçi gətirilməsi, təyinat yox, tələdir:

"Bu, AFFA-nın ən böyük hiylələrindən biridir. AFFA rəhbərliyi bu addımla özlərini sığortalamış oldu. İndiyə qədər qurum yığmaya yerli baş məşqçi təyin olunmasına qarşı çıxırdı. İctimaiyyətin tələbləri həmişə qulaq ardına vurulurdu, əcnəbi mütəxəssisə güvənirdilər. Ancaq əcnəbilərlə birlikdə qarşılarına qoyduqları tapşırığı icra edə bilmədilər".

Muxtarlının sözlərinə görə, Rövnəq Abdullayevin AFFA prezidenti seçilməsindən sonra futbola təxminən yarım milyard yatırım edilib. Nəticə isə yoxdur. Klub futbolunda "Qarabağ" uğur qazanıb, milli komandalar isə bütün yaş qrupları üzrə biabırçı nəticələr göstəriblər. Bakının da ev sahibliyi edəcəyi Avro-2020-yə vəsiqə əldə edə bilməsək, AFFA rəhbərliyi təkcə ictimaiyyətin qınağına tuş gəlməyəcək, həm də ölkə rəhbərliyi qarşısında hesabat verməli olacaq. Məhz bu hesabatdan can qurtarmaq üçün Qurban Qurbanov yığma komandaya gətirildi.

"Bu, Qurbana sevgi deyil, sabahkı sorğu-sualdan qurtulmaq üçün atılan addımdır. İşdir, yığma komanda Qurban Qurbanovla da nəticə əldə edə bilməsə, AFFA rəhbərliyi özünü sığortalayacaq ki, "Quran da bacarmadı". Belə olan təqdirdə isə tənqidlər məhz Qurbana yönələcək" — deyə Muxtarlı bildirib.

Qarabağ - Atletiko Madrid qarşılaşması
© REUTERS / Sergio Perez
 

İdman yazarı bu təyinatın onu qorxutduğunu da dilə gətirib:

"Sözün düzü, bu təyinat məni çox qorxudur. Azərbaycan futbolunda cəmi 2-3 mütəxəssis var. Onlardan birini itirmək təhlükəsi ilə üz-üzəyik. Qurban Qurbanov çətin xilas olacağı tələyə salınıb. Hazırda bizim onu xilas etmək şansımız yoxdur. Sabah isə nəticə olmasa, hamımız Qurbanı döyəcəyik. Yenə də ümid edək ki, Qurban bilə-bilə bu tələyə düşməyib, yığmanın potensialının tapşırığı yerinə yetirməyə çatdığına əmin olduğu üçün bu addımı atıb. Hər halda, çalışmalıyıq ki, bu mütəxəssisi təzyiq altında saxlamayaq".

"Komanda" on-line nəşrinin baş redaktoru Rəşad Ergün Qurbanovun milliyə hansı şərtlərlə keçməsinin detallarının hələ açıqlanmadığına diqqət çəkib. "Çox güman, o, həm "Qarabağ"da, həm də millidə işləyəcək. Düzü, mən Qurbanovun millidə işləməsindənsə, onun hansısa tanınmış xarici kluba yollanmasını istərdim. Azərbaycan millisində "Qarabağ"da olan futbolçu potensialı yoxdur və zaman-zaman bu, Qurbanovun da reputasiyasına təsir edəcək. Amma bir şey də var ki, bizim başqa çıxış yolumuz yoxdur. Ölkənin ən yaxşı futbol mütəxəssisi Qurban Qurbanovdursa, futbolda zirvə olan komandaya — milliyə keçmək onun haqqıdır" — deyə Ergün bildirib.

O hesab edir ki, istənilən halda, bu təyinatdan qazanan milli, Azərbaycan futbolu olacaq. "Qarabağ" isə ciddi nəsə itirməyəcək.

Qeyd edək ki, Qurban Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

411
Teqlər:
Qurban Qurbanov, AFFA, Qarabağ, Rövnəq Abdullayev, Natiq Muxtarlı, milli komanda
Əlaqədar
"Qarabağ" Qurbansız qalacaq?
"Qurban Qurbanov AFFA-dakı "menecer"ləri yox etməlidir, əks halda..."
AFFA millinin baş məşqçisi ilə işləməkdən imtina etdi
AFFA Prosineçki məsələsinə aydınlıq gətirdi
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

12
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

12
Teqlər:
futbol, Türkiyə, milli

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

2071
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

2071
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva

"Üç qardaş - 2021" beynəlxalq təlimi: "Qarşıya qoyulan məqsədlərə nail olduq"

0
(Yenilənib 10:06 21.09.2021)
General-leytenant Hikmət Mirzəyev təlimdə iştirakçıların yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdiklərini bildirib.

BAKI, 21 sentyabr — Sputnik. Bazar ertəsi, sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, birgə təlimlərin başa çatması münasibəti ilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi qulluqçuları təbrik edib.

İştirakçı ölkələrin Dövlət himnləri ifa olunduqdan sonra general-leytenant H.Mirzəyev qonaqlara və  şəxsi heyətə müraciət edərək bildirib: “Təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər. Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz. Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”.

Təlim iştirakçılarını salamlayan Türkiyə Silahlı Qüvvələrinin XTQ komandanı general-leytenant Ömer Ertuğrul Erbakan böyük qürur hissi ilə vurğulayıb ki, “Üç qardaş-2021” təlimi uğurla tamamlanmışdır. O bildirib: "Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcəkdir. Üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcəkdir".

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn isə qeyd edib: “Çiyin-çiyinə dayanan Azərbaycan, Türkiyə və Pakistandan olan xüsusi təyinatlı qardaşlar arasında icra edilən birgə təlimin şahidi olmaq mənim üçün həqiqətən böyük şərəf və qürurdur. Təlim zamanı xüsusi təyinatlılar tərəfindən nümayiş olunan peşəkarlıq təqdirəlayiqdir. “Üç qardaş-2021” təliminin həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olunmuşdur. Bu da bütün iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir”.

Çıxışlardan sonra təlim iştirakçılarına xatirə hədiyyələri təqdim edilib və onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

“Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin senarisi və rejissorluğu ilə hazırlanan "Bu gün bir yerdəyik, sabah da bir yerdə olacağıq!” adlı teatrlaşdırılmış mədəni proqram təqdim edilib.

Eləcə də oxuyun:

0
Teqlər:
hərbi təlimlər, Türkiyə, Pakistan, Azərbaycan, video, Azərbaycan Müdafiə Nazirliyi