UEFA Gənclər Liqası,Qarabağ - Atletiko (Madrid) oyunu

"Atletiko" ilə oyun öncəsi "Qarabağ"a əla motivasiya: sensasiyalı qələbə

152
(Yenilənib 21:18 31.10.2017)
Yeganə topu 45-ci dəqiqədə Yaroslav Deda vurub

BAKI, 31 oktyabr — Sputnik. Bu gün UEFA Gənclər Liqasında 4-cü tura start verilib.

Yaroslav Deda
Yaroslav Deda

Təmsilçimiz Ağdamın "Qarabağ" klubu səfərdə "Atletiko" (Madrid) ilə qarşılaşıb.

Oyun təmsilçimizin qələbəsi ilə başa çatıb — 1:0. Yeganə topu 45-ci dəqiqədə Yaroslav Deda vurub.

152
Teqlər:
Yaroslav Deda
Əlaqədar
Təcrübli məşqçi: "Qarabağ"a mütləq qələbə lazımdır
"Qarabağ"ın adı Kuba ensiklopediyasına salınıb
Tanınmış hakim "Qarabağ"ın verilməyən penaltisindən danışdı
"Qarabağ"dan möhtəşəm oyun: Qələbəyə bərabər heç-heçə
Canni De Byazi, arxiv şəkli

Futbol üzrə millimizin baş məşqçisi bəlli oldu

213
(Yenilənib 18:39 10.07.2020)
AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir

BAKI, 10 iyul — Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin kim olacağı artıq bəllidir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclasının gedişində məlum olub. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).

Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.

Qeyd: AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

Bundan öncə İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu, irlandiyalı Roy Kinin (Roy Keane) futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi ola biləcəyi barədə məlumatlar yayılmışdı.

İtalyan Canni di Byazı karyerası ərzində xeyli klub komandalarına məşqçilik etsə də, millilər arasında yalnız Albaniya yığmasına rəhbərlik edib (2011-2017). 2017-ci ilin sentyabrında isə İspaniyanın "Alaves" klubunda baş məşqçi işləyib. İki ay sonra isə işdən çılxarılıb.

213
Əlaqədar
Futbol azarkeşlərinin qanını qaraldacaq xəbər – Stadionları hələ unudun
Görün millimizə kim gəlir!? Əfsanənin 48 saatı var
Futbolu yarıdıb, indi də keçib biznesə
"Qarabağ"ın ulduzu "Beşiktaş"da oynaya bilər
İdman şərhçisi: “Əcnəbi məşqçi millimizə fövqəl uğur qazandırmayacaq”
 Futbolçu top ilə, arxiv şəkli

Futbol azarkeşlərinin qanını qaraldacaq xəbər Stadionları hələ unudun

7
(Yenilənib 00:12 10.07.2020)
Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunları ev komandalarının arenalarında keçiriləcək.

BAKI, 10 iyul – Sputnik. Çempionlar Liqası və Avropa Liqasının 2019/20 mövsümünün oyunları, eləcə də 2020/21 mövsümünün seçmə mərhələlərinin görüşləri tamaşaçısız keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunları ev komandalarının arenalarında keçiriləcək.

Bu qərar qurumun icra komitəsinin iclasında qəbul edilib.

7
Səhra çəyirtkələri, arxiv şəkli

Çörəyimizə şərik çıxanlar: budəfəkilər "gəlmə" deyil, quraqlıqdan törəyib

6
(Yenilənib 00:05 11.07.2020)
Onlardan yaxa qurtarmağın bir neçə yolu var. Lakin insanlar bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Əks təqdirdə, qaş düzəltikləri yerdə vurub gözü də çıxararlar

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Bir neçə gün öncə Azərbaycanın şimal bölgəsinə hücum edən çəyirtkələrin budəfəki hədəfi şimal-qərb bölgəsidir. Qax rayonunun Qıpcaq, Qaysarlı, Baydarlı, Ağyazı, Tasmallı və digər kəndlərinin sakinləri gecə saatlarında çəyirtkə yağışının şahidi olublar.

Qıpcaq kənd sakini Abdulla Əfəndiyev deyir ki, belə bir hadisə ilə ilk dəfə qarşılaşır: “Gecə saatlarında sürüylə gəldilər sanki. Bütün həyət çəyirtkə ilə dolu idi. Bu məsələdə ən çox qazanan isə toyuq-cücə oldu. Bilirsiz ki, quşlar həşəratları çox sevir. Bu hadisə onlar üçün böyük bayrama çevrildi”.

Qaysarlı kənd sakini Kamil Həşimov isə arzuolunmaz qonağın bitkilərə zərər verməsindən narahatdır: “56  illik ömrümdə belə bir möcüzə ilə ilk dəfə qarşılaşdım. Məni ən çox narahat edən həşəratların bitkilərə zərər verməsidir. Həşəratların içində bitkilərə ən çox zərər verəni çəyirtkədir. Onsuz da bu il digər illərə nisbətən məhsuldarlıq zəifdir. Çəyirtkələrin hücumu da bir tərəfdən zərər verəcək”.

Tasmallı kənd sakini Afət Aslanova isə çəyirtkələrin sürü halda gəlməsini dolu yağışına bənzədib: “Gecə saatlarında elə bildim, dolu yağır. Yoldaşıma dedim ki, dolu yağır. Yoldaşım pəncərəni açdı ki, havaya baxsın, pəncərəni açan kimi çəyirtkələr evin içinə də doldu. Çox qorxduq. Tez pəncərələri bağladıq. Səhər həyətə düşəndə baxdıq ki, hər tərəf çəyirtkəylə doludur”. 

Məsələ ilə bağlı Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti, İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradovla əlaqə saxladıq. Ekoloqun Sputnik Azərbaycan-a dediyinə görə, indi həmin çəyitkələrin çoxalma və miqrasiya dövrüdür: “Buğumayaqlılardan olan çəyirtkə bir neçə fazada olur: tək və sürü fazası. Həmin kəndlərdəki çəyirtkələr sürü fazasıdır ki, indi onların artıb-çoxalma və miqrasiya  dövrüdür. Əmələ gəldiyi, artıb-çoxaldığı ərazilərdən artıq köç etməyə başlayıblar. Təbii mühitdə, o cümlədən aqrosenozlarda yaşıl kütləyə - əkin sahələrinə, yaşıllıq ərazilərinə kütləvi ziyan vura bilərlər. Bəzən ağır sürüləri olur ki, ağacların, kolların budaqlarına qonanda qırıb-tökür. Bu hadisə bizim rayonun əsasən Əyriçay vadisi və ondan yuxarı hissəsində olub. Orta Atağar qovşağına qədər gəlib çatıblar. Ağyazı kəndində yerləşən “Aqropark” adlanan ərazidən Qax şəhərinə doğru olan ərazini əhatə edib”.

Qurum rəsmisinin sözlərinə görə, onlardan yaxa qurtarmağın bir neçə yolu var. Lakin insanlar bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Əks təqdirdə, qaş düzəltikləri yerdə vurub gözü də çıxararlar:

“Buna qarşı metodlar var. Çəyirtkənin təbii düşmənləri var. Məsələn, quşlar, sürünənlər çəyirtkələri məhv edir. Bundan başqa, bu həşəratların qarşısını almaq üçün müxtəlif kimyəvi preparatlardan istifadə etməklə təsir göstərmək olar. Amma buna da diqqət etmək lazımdır. Elmi biliklərə əsaslanaraq həmin dərman preparatlarından istifadə etmək lazımdı, ki, onlarla bərabər təbiətə xeyir verən həşəratlar da məhv olmasın. Preparatdan düzgün istifadə olunmazsa, ilk növbədə arıları məhv edə bilərlər. Buna görə də, dəqiq təyin olunmuş kimyəvi preparatlardan istifadə etmək lazımdır. Çəyirtkələrlə mübarizənin ən düzgün üsulu çiləmədir. Onların sıx toplaşdığı əraziyə havadan və yaxud yerdən çiləyərək mübarizə aparmaq olar”.

Təbiətşünas həşəratların artmasının səbəblərindən də danışdı: “Artmasının səbəbi quraqlıqla əlaqədardır. Bu iqlim onların sayının artması üçün münbit şərait yaradıb. Quraqlıq dövründə çəyirtkələr ortalığa çıxır, yaşıllıq olan ərazini məhv edir. Ötən əsrin sonlarında bu bölgədə sarı kəpənəklərin sayı çox idi, bir müddət sonra onların sayı getdikcə azaldı. Çox güman ki, çəyirtkələrin də bu növü müəyyən müddətdən sonra azalacaq”.

Muradov  bildirir ki, Qaxdakı hadisə bir müddət öncə Şabran rayonunda baş verənlə eyni deyil:  “Sözügedən həşəratlar Xəzərsahili rayonlardan gələn həşəratlar deyil. Bu, sırf iqlimin quraq keçməsi ilə bağlıdır. İqlimin quraq keçməsi onların artmasına kömək edir”. 

6
Əlaqədar
Cavanşir Təlai: "İqlim dəyişmələri ölkəmizdə fəsadlar əmələ gətirib"
Qızıl qiymətinə olan delikates: Hamı yeyir dadlıdır deyir, biz əlindən dad çəkirik
Göygöz kosanın arzuladığı "cənnət": Mayakda çərxi-fələk tərsinə dövran edir – REPORTAJ
Təbiətin mülayimliyi bizə baha başa gələcək - Bu il yerli meyvədən əl üzməli olacağıq
Çin Pakistana yüz minlik "ordu" göndərməyə hazırlaşır - VİDEO