Formula 1

Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna start verilib

27
(Yenilənib 19:16 31.10.2017)
Gələn mövsüm keçiriləcək Azərbaycan Qran Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması nəzərdə tutulur

BAKI, 31 oktyabr — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna başlayıb. Bir sıra yeniliklərin nəzərdə tutulduğu builki qəbul zamanı yarışın könüllüsü olmaq istəyən namizədlərdən xarici dil bilikləri tələb olunacaq. Bu barədə Sputnik Azərbaycan-a BŞH-dən məlumat verilib.

Həmçinin builki hazırlıq prosesində daha çox peşəkar inkişaf yönümlü təlimlərə yer veriləcək və könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət göstəriləcək.

Gələn mövsüm keçiriləcək Azərbaycan Qran Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması nəzərdə tutulur. Müsahibə mərhələsini uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək. 

BŞH İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova növbəti yarış mövsümünə hazırlıqların builkindən geri qalmayacağını bildirib: "Əsas məqsədimiz könüllülərimizin inkişafıdır. Biz bu istiqamətdə effektiv addımlar atmağa çalışırıq. Könüllülərin böyük əksəriyyəti Azərbaycan gəncləridir. Biz onların fərdi inkişafını təmin etməklə ölkə gəncliyinin inkişafına öz töhfəmizi verməyə çalışırıq.

Burada xüsusilə onu qeyd etmək istərdim ki, hər zaman öz üzərində işləyən və yüksək bacarıq nümayiş etdirən 50 könüllü 2017 Formula 1 Azərbaycan Qran Prisinin təşkilində məhz işçi kimi çalışmaq şansı əldə etdi və bu işdə onlar özlərini tam doğrultdular. Bu, bizim və könüllülərimizin uğurudur. Həmçinin yarışdan əvvəl və yarış zamanı yüksək əzmkarlığı ilə seçilən ən fəal 5 könüllü İtaliya Qran Prisində iştirak etmək imkanı qazandı.

Bakı Şəhər Halqası Akademiyası könüllülərin yalnız yarışlara yüksək səviyyədə hazırlanmasına deyil, eyni zamanda onların karyera baxımından da inkişaf edib uğur qazanmasına dəstək göstərir. Bu il də akademiyada könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə maraqlı seminarlar və danışıq klublarının təşkilini nəzərdə tutmuşuq.

Əminliklə deyə bilərəm ki, bu il könüllülərimizi çox sayda sürpriz gözləyir. Fürsətdən istifadə edərək yarışa öz töhfəsini vermək istəyən hər bir kəsi könüllülər proqramına qoşularaq Formula 1 yarışının təşkili işində yaxından iştirak etməyə dəvət edirəm!"

Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisində iştirak üçün azı 16 yaşında olmaq, İngilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), gərgin rejimdə işləyə bilmək və güclü həvəs və əzmkarlığa sahib olmaq tələb olunur. Şərtləri ödəyən hər bir şəxs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər. 

27
Əlaqədar
Formula 1 azarkeşlərinin sayı məlum oldu
Formula 1-in vaxtının dəyişdirilmə səbəbi bilindi
“Formula-1” ilə bağlı marşrutlarda edilən dəyişiklik ləğv olunub
Prezident ailəsi ilə birlikdə Formula-1-in finalını izləyib
Fitnes zalı, arxiv şəkli

Azərbaycanda fitnes trenajor zalları açıla bilər, amma...

16
(Yenilənib 15:52 24.09.2020)
Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə idman yarışlarının keçirilməsi, idman zalları və fitnes klublarının açılmasını nəzərdə tutan xüsusi proqram hazırlayır. Sputnik Azərbaycan bildirir ki, bunu qurumun rəhbəri Azad Rəhimov bildirib.

“İdmanın bir çox növləri üzrə çempionatlar adətən noyabr-dekabr aylarında keçirilir. Biz yarışları keçirməyi çox istəyirik. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Orada idman zalları, fitnes mərkəzlərinin açılması da nəzərdə tutulub”, - Rəhimov deyib.

İlkin mərhələdə, nazirin sözlərinə görə, yarışları tamaşaçısız keçirmək planlaşdırılır.

Məlumata görə, proqramda əsas bənd ondan ibarətdir ki, 100 kv.m sahədə yalnız dörd nəfər və bir məşqçi məşq edə bilər.

Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb. Karantin rejimi ölkədə sentyabrın 30-dək davam edəcək.

16
Teqlər:
idman zalı, idman, Koronavirus, epidemiya, COVID-19, karantin

"Qarabağ" "Neftçiyə uduzdu

26
(Yenilənib 23:40 20.09.2020)
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

BAKI, 20 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.

26
Teqlər:
Futbol üzrə Azərbaycan Premyer Liqası, "Neftçi" Futbol Klubu, "Neftçi", "Qarabağ" futbol klubu, "Qarabağ" komandası, "Qarabağ
Tələbələr imtahan verirlər, arxiv şəkli

Bəzi tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

0
(Yenilənib 18:00 24.09.2020)
Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək.

BAKI, 24 sentyabr — Sputnik. Ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda ali məktəblərə sənəd qəbulu zamanı abituriyentin həssas qrupa aid olub-olmadığı bilinmir:

"Amma ola bilsin ki, belə abituriyentlərin sosial statusu ilə bağlı gələcəkdə təqdim edə biləcəkləri sənəd əsasında onların sayını elə sənəd qəbulu zamanı müəyyən edək. Bu səbəbə görə hazırda bizdə bu il ali məktəbə qəbul olan həssas təbəqəyə aid olan abituriyentlərin sayı barədə məlumat yoxdur. Biz ərizələri qəbul edən zaman şəxsiyyət vəsiqəsinin FİN kodu ilə abituriyentin kimliyini yoxlayırıq".

M.Abbaszadə əlavə edib ki, ödənişli ixtisaslara qəbul olunanların bir qisminin təhsil haqqı dövlət hesabına ödəniləcək:

"Bu, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin üzvləri üçün həmişə olub, amma bu ildən valideyn himayəsindən məhrum olan və s. həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqları dövlət tərəfindən ödəniləcək. Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

0
Teqlər:
Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası, Dövlət İmtahan Mərkəzi