Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Təcrübli məşqçi: "Qarabağ"a mütləq qələbə lazımdır

© Photo : APAAğasəlim Mircavadov
Ağasəlim Mircavadov - Sputnik Azərbaycan
Abunə olmaq
Mircavadov xüsusilə cərimə meydançası yaxınlığında diqqətli olmağın əhəmiyyətinə toxunub

BAKI, 31 oktyabr — Sputnik. "Qarabağ" "Atletiko" ilə burda necə oynayıbsa, orda da elə oynamalıdır. Müdafiəyə otursa, heç nə alınmayacaq". Bunu Sputnik Azərbaycan-a açıqlamasında millimizin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov deyib.

"Əgər "Atletiko", "Qarabağ"ı müdafiəyə keçməyə məcbur eləsə, bunu anlamaq olar. Amma "Qarabağ" özü müdafiə oyununa üstünlük versə, o zaman müsbət heç nə alınmayacaq. Bakıdakı oyunda "Qarabağ" ciddi pressinq elədiyinə görə, rəqib topsuz qalırdı. "Qarabağ" gözə xoş, başa-baş mübarizə apardı və nəticəsi də müsbət oldu" — təcrübəli mütəxəssis bildirib. 

Главный тренер Карабаха Гурбан Гурбанов во время постматчевой пресс-конференции - Sputnik Azərbaycan
İDMAN
Qurban Qurbanov: "Aqressiv olmaq lazımdır"

Mircavadov, xüsusilə cərimə meydançası yaxınlığında diqqətli olmağın əhəmiyyətinə toxunub:

"Cərimə meydançalarının yan-yörəsində diqqətli olmaq lazımdır. Çünki rəqibin orta xətt oyunçuları həddən artıq hiyləgərdir. Gözlənilməz ötürmələrlə ani qol epizodu yarada bilirlər".

Hər zaman əsas heyətdə oynayan bəzi güclü futbolçuların zədə və cərimə səbəbilə "Atletiko" ilə matçda oynaya bilməməsi barədə Mircavadov deyib:

"Çox ciddi itkilər var. Amma "Qarabağ" kollektiv oynayan komandadır. Çətin də olsa, çalışacaqlar ki, itkilər meydanda hiss olunmasın". 

Qarabağ - Atletiko görüşü - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ"dan möhtəşəm oyun: Qələbəyə bərabər heç-heçə

Keçmiş məşqçi, "Qarabağ"ın qrupdakı şansını da dəyərləndirib.

"Qrupda üçüncü olub Avroliqaya getmək üçün "Qarabağ"a mütləq qələbə lazımdır. Ancaq bu çox çətin məsələdir. Çünki "Atletiko" axşamkı oyunda xal itirsə, Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyəcək. Ona görə də, madridlilər çalışacaq ki, meydandan maksimum nəticə ilə ayrılsınlar" — Mircavadov yekunlaşdırıb.

Xəbər lenti
0