Главный тренер Карабаха Гурбан Гурбанов во время постматчевой пресс-конференции

Qurban Qurbanov: "Aqressiv olmaq lazımdır"

46
(Yenilənib 00:28 31.10.2017)
Baş məşqçi komandanın heyətinə ciddi itkilər olduğunu xatırladıb

BAKI, 31 oktyabr — Sputnik. Ağdamın "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madrid "Atletiko"su ilə səfər oyunu ərəfəsində mətbuat konfransı keçirib.

"Qarabağ"ın baş məşqçisi "Atletiko"nu həmişə qalib gəlmək istəyən komanda adlandırıb.

"Bilirik ki, güclü komandaya qarşı oynayacağıq. Onlar birinci oyunda güclərini göstərdilər və bizə bu dəfə çox çətin olacaq. Sonadək mübarizə aparmağa çalışacağıq. Belə bir stadionda belə bir komandaya qarşı oynamaq bizim üçün böyük təcrübədir" — deyə Qurbanov bildirib. 

Baş məşqçi komandanın heyətinə ciddi itkilər olduğunu xatırladıb.

"Həm də rəqib görüşə həlledici oyun kimi baxır. Meydançada hər şeyi düzgün eləmək və aqressiv olmaq lazımdır. Əsas rəqibdən qorxmamaqdır" — məşqçi vurğulayıb. Onun sözlərinə görə, əgər nəzərdə tutulanları həyata keçirmək mümkün olarsa, "Qarabağ" istədiyi nəticəni əldə edəcək.

"Biz çox diqqətli olmalıyıq. Bakıda "Atletiko" bir neçə qol imkanını əldən verdi. Onlar yalnız bir oyunda uduzublar — "Çelsi"yə. Bu onların gücünü göstərir. Onlar aqressiv olacaqlar. Oyunda bizə hansı sürpriz hazırladıqlarını görəcəyik. Biz müdafiədə soyuqqanlı olmalıyıq və inanıram ki, futbolçularım bunun öhdəsindən gələcəklər" — Qurbanov qeyd edib.

46
Əlaqədar
Qurban Qurbanov: "Hakim Dino Ndlovu ilə bağlı səhv qərar qəbul etdi"
Qurban Qurbanov: "Rəqibi tərifləmək istəmirəm"
Qurban Qurbanov "Çelsi" məğlubiyyətindən danışdı

"Qarabağ" "Neftçiyə uduzdu

26
(Yenilənib 23:40 20.09.2020)
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

BAKI, 20 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.

26
Teqlər:
Futbol üzrə Azərbaycan Premyer Liqası, "Neftçi" Futbol Klubu, "Neftçi", "Qarabağ" futbol klubu, "Qarabağ" komandası, "Qarabağ

Lənkəranda “Polad Kuboku” mini-futbol turniri keçirilir

183
(Yenilənib 15:41 20.09.2020)
Turnirin əsas məqsədi Tovuz döyüşlərində Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək və eyni zamanda milli vətənpərvərlik ruhunda olan gəncləri bir araya yığmaqdır.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr - Sputnik. Lənkəranda Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsinə həsr olunan “Polad Kuboku” Mini Futbol Çempionatı keçirilir. Çempionatın təşkilatçısı Rəşad Abbaszadənin Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, turnirdə iştirak üçün 16 komanda nəzərdə tutulsa da, bu haqda elan paylaşılan gün çempionata qatılmaq üçün 24 komanda müraciət edib.

“Biz ilk müraciət edən 16 komandanı seçdik və hər qrupda 4 komanda olmaq şərtilə komandaları 4 qrupa böldük. Çempionata 10 sentyabr tarixindən start verdik və hər gün 2 oyun olmaqla bir qrupun oyunları keçirilir. Oyunların qrafiki hava şəraitinə görə uyğunlaşdırılır. Final mərhələsini 28 sentyabr - 3 oktyabr aralığında keçiməyi planlaşdırırıq. Hava şəraitinindən asılı olaraq təqvimi dəyişə bilərik.

  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Polad Kuboku, Lənkəran

“Polad Kuboku” Mini Futbol Çempionatı “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin tərəfdaşlığı və Lənkəran şəhərində fəaliyyət göstərən özəl təhsil kurslarından birinin təşkilatçılığı ilə həyata keçirilir və turnirə bir neçə şirkətlər sponsor kimi dəstək olublar. Turnirin əsas məqsədi Tovuz döyüşlərində Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək və eyni zamanda milli vətənpərvərlik ruhunda olan gəncləri bir araya yığmaqdır. Turnir canlı olaraq internet üzərindən yayımlanır. Bütün komandalar formalarla təmin olunub, onlardan bəzilərinin üzvləri isə əvvəllər peşəkar futbolla məşğul olublar. Qalib komanda kubok və medalla təltif ediləcək, təşkilatçilar və sponsorlar tərəfindən onlara hədiyyələr təqdim ediləcək. Növbəti yarışlara dövlət tərəfindən dəstək almaq istəyirik”.

Rəşad Abbaszadə onu də əlavə etdi ki, çempionat uğurlu keçəcəyi halda Lənkəranda həm Peşəkar, həm də Həvəskar Mini Futbol Çempionatını başlatmağı düşünürlər.

183
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Oğurlanan Yevlax sakini xəstəxanada ölüb

0
(Yenilənib 16:10 22.09.2020)
R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş "İJ-58" markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülüb

BAKI, 22 sentyabr — Sputnik. Yevlax şəhərində yaşayan C.Xəlilovu döyərək zorla saxlamaqda, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaqda şübhəli bilinən X.Balayev və R.Ramazanov saxlanılıblar, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sentyabrın 11-də Yevlax şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Ceyhun Xəlilovun daxili qanaxma ilə Yevlax şəhər mərkəzi xəstəxanasına yerləşdirilməsi və sentyabrın 14-də orada ölməsi faktı ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

C.Xəlilovun həyat yoldaşı izahatında ərinin avqustun 23-də Abşeron rayonu ərazisində naməlum şəxslər tərəfindən döyülməsini bildirib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri X.Balayev və əvvəllər məhkum olunan R.Ramazanov saxlanılıblar, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş "İJ-58" markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülüb.

Araşdırmalarla onların cari il avqust ayının 23-də C.Xəlilovu R.Ramazanovun yaşadığı evə aparıb döyərək orada zorla saxlamaları, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127, 182 və 228-ci maddələri ilə cinayət işi başlanıb.

0
Teqlər:
ov tüfəngi, döyülmə, insan oğurluğu, Yevlax
Əlaqədar
Qubada ot tayalarını yandıraraq kəndlilərə ziyan vuran şəxslər müəyyən edilib
Silahlı şəxslərə qarşı əməliyyat keçirildi
Neftçalada qızın qeyri-etik şəkillərini yayan şəxs həbs edilib
Azərbaycanlı müğənni Vilayət Eyvazova müraciət etdi: Məni döyüblər
Doqquz il əvvəl törədilmiş cinayətin üstü açıldı - Zaqatalada