Футбольное поле, фото из архива

Gürcü mütəxəssislərin Azərbaycandakı fəaliyyətləri başa çatdı

15
"Keşlə" rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib

BAKI, 29 oktyabr — Sputnik. "Keşlə FK"-nın rəhbərliyi komandanın baş məşqçisi Zaur Svanadze və baş məşqçinin köməkçisi Ramaz Svanadze ilə görüş keçirib.

Sputnik Azərbaycan-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə komandanın fəaliyyəti müzakirə olunub.

Qərara alınıb ki, klubla Z.Svanadze və R.Svanadze arasında imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.

"Keşlə" rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

15