Фанаты Карабаха, фото из архива

"Qarabağ"ın adı Kuba ensiklopediyasına salınıb

72
(Yenilənib 13:49 23.10.2017)
"Dağlıq Qarabağın, o cümlədən Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğal edildiyindən sonra "Qarabağ" futbol komandası müvəqqəti olaraq paytaxt Bakı şəhərində məskunlaşıb"

BAKI, 23 oktyabr — Sputnik. Kubanın "EcuRed" internet ensiklopediyasına "Qarabağ" FK haqqında məqalə əlavə edilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, Kuba Elmi və Texnoloji Məlumat İnstitutu nəzdində fəaliyyət göstərən "EcuRed" internet ensiklopediyasına (www.ecured.cu) Azərbaycanın "Qarabağ" futbol klubu haqqında əlavə edilmiş məqalədə "Qarabağ" FK-nın yaranma tarixindən bəhs edilir.

Eyni zamanda Azərbaycan futbolunda ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayan "Qarabağ" klubunun rəsmi olaraq ölkəmizin işğal edilmiş Ağdam rayonuna məxsus olduğu bildirilir. Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağın, o cümlədən Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğal edildiyindən sonra "Qarabağ" futbol komandası müvəqqəti olaraq paytaxt Bakı şəhərində məskunlaşıb.

EcuRed internet ensiklopediyasına Qarabağ FK haqqında məqalə əlavə edilib
Screenshot
"EcuRed" internet ensiklopediyasına "Qarabağ" FK haqqında məqalə əlavə edilib

Daha sonra Ensiklopediyada "Qarabağ" futbol klubunun rəmzləri, o cümlədən özündə Qarabağ atlarını əks etdirən klubun emblemi, həmçinin "Qarabağ" FK-nın oyun üslubu, tarixi nəticələri və komandanın baş məşqçisi Q.Qurbanov haqda məlumatlar verilir.

Qeyd etmək lazımdır ki, rəsmi statistikaya əsasən "EcuRed" internet Ensiklopediyası Kubanın dövlət və hökumət təşkilatları, o cümlədən ali təhsil ocaqları, yerli kütləvi informasiya vasitələri tərəfindən istinad edilməsi üçün ən çox istifadə olunan məlumat mənbəyi və Kubada ən çox ziyarət olunan internet portalıdır.

72
Teqlər:
"EcuRed" internet ensiklopediyası, məqalə, "Qarabağ" FK, Kuba
Əlaqədar
Tanınmış hakim "Qarabağ"ın verilməyən penaltisindən danışdı
"Qarabağ"dan möhtəşəm oyun: Qələbəyə bərabər heç-heçə
Şahinoğlu: “Dağlıq Qarabağ münaqişənin həlli üçün plan mövcuddur”
"Qarabağ" "Atletiko"-ya böyük hesabla uduzdu
"Qarabağ"-"Atletiko" oyunu ilə bağlı mühüm xəbər
"Qarabağ"a qarşı çıxış edənlər adbaad məlum oldu
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

19
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

19
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Cüdo yarışı, arxiv şəkli

Avropa çempionatı: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulacaq

11
Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

BAKI, 20 noyabr — Sputnik. Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxacaq.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatına görə, Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

73 kq

1/16 final. Rüstəm Orucov - Klaudio Nunyes Dos Santos (Lüksemburq)

1/16 final. Telman Vəliyev - Vadim Şoka (Belarus)

81 kq

1/32 final. Murad Fətiyev - Yaromir Musil (Çexiya)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanıb.

11

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0