Ştanq, arxiv şəkli

Daha bir idmançımız Avropada ən yaxşılardan oldu

26
(Yenilənib 00:25 21.10.2017)
Atletimiz uğurlu çıxışla yadda qalıb

BAKI, 20 oktyabr — Sputnik. 15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Ağır Atletika Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.

Onlardan daha biri – Hüseyn İsmayılov yaşı 20-yə qədər olan kişilərin 94 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulub. Atletimiz uğurlu çıxışla yadda qalıb.

Hüseyn birdən qaldırma hərəkətində 158 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb.

18 yaşlı atletimiz təkanla qaldırma hərəkətində 188 kq-ı qaldıraraq bu hərəkətdə 4-cü olub.

Qeyd edək ki, Hüseyn İsmayılov toplam 346 kq (158+188) nəticə ilə Avropa çempionatının yekun sıralamasında 3-cü yeri tutub.

26
Əlaqədar
İdman cüssəli, 20-25 yaşlı oğlanlar axtarılır
Azərbaycan daha bir idman oyunlarını qəbul etməyə hazırlaşır
Beynəlxalq səviyyəli ekstremal idman turniri Bakıda
Azərbaycanlılar bu idman növlərinə maraq göstərirlər
Bakı daha bir dünya miqyaslı idman hadisəsinə ev sahibliyi edəcək