İspaniyanın “Mundo Deportivo” nəşrinin saytında Qarabağ-Atletiko oyunu barədə məqalə

İspaniya qəzeti Azərbaycandan üzr istədi

59
(Yenilənib 20:05 20.10.2017)
Azərbaycanın İspaniyadakı səfirliyinin müdaxiləsi nəticəsində nəşrin redaksiya heyəti yol verilən səhvə görə üzrxahlıq edib

BAKI, 20 oktyabr — Sputnik. İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo” Azərbaycanın “Qarabağ” futbol komandası ilə bağlı səhvi düzəldib.

Sputnik Azərbaycan avropa.info-ya istinadən xəbər verir ki, internet səhifəsində “Atletiko Madrid” komandasının futbolçusu Yannik Karrasko haqqında dərc ediən məqalədə “Qarabağ” futbol klubu səhvən erməni klubu kimi təqdim olunub.

Azərbaycanın İspaniyadakı səfirliyinin müdaxiləsi nəticəsində nəşrin redaksiya heyəti yol verilən səhvə görə üzrxahlıq edib, sözügedən məlumat dəyişdirilərək yazıya “Qarabağ” futbol klubunun Azərbaycana məxsus olması barədə məlumat əlavə olunub.

59
Əlaqədar
Tanınmış hakim "Qarabağ"ın verilməyən penaltisindən danışdı
"Qarabağ"dan möhtəşəm oyun: Qələbəyə bərabər heç-heçə
"Qarabağ" "Atletiko"-ya böyük hesabla uduzdu
"Qarabağ"-"Atletiko" oyunu ilə bağlı mühüm xəbər