Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Simeone: "Bizə bu üç xal lazım idi"

© Sputnik / Murad OrujovMadridin "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone
Madridin Atletiko klubunun baş məşqçisi Dieqo Simeone - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ"ın oyununu şərh edən Simeone qapıçı İbrahim Şehiçin oyununu xüsusi qeyd edib

BAKI, 18 oktyabr — Sputnik. Madridin "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone "Qarabağ"a qarşı Çempionlar Liqasındakı görüşdən sonra keçirilən mətbuat konfransında oyunun çox gözlənilməz keçdiyini bildirib. Onun sözlərinə görə, birinci hissədə madridlilər bir neçə məqamı əldən veriblər: "İkinci hissədə xal itirməyə qorxurduq, üstəgəl təzyiq. Lakin biz vəziyyəti düzəldəcəyik. Artırmaq istəyirik, lakin bunun üçün işləmək lazımdır".

"Qarabağ"ın oyununu şərh edən Simeone qapıçı İbrahim Şehiçin oyununu xüsusi qeyd edib: 

"O real təhlükələrin qarşısını aldı. "Qarabağ" futbolçuları müdafiəmizdəki boşluqlardan yaxşı istifadə etdilər. Rəqib müdafiədən hücuma çox təhlükəli tərzdə keçirdi".

Simeone "Atletiko"nun xal itirdiyi, yaxud qazandığı barədə suala cavabdan qaçıb: "Bunun üçün bizi tənqid edə biləcək jurnalistlər var. Bizə üç xal lazım idi, rəqib isə əks-hücumlarla uğur qazanmaq istəyirdi, lakin bu alınmadı".

Xəbər lenti
0