Qarabağ - Atletiko görüşü

"Qarabağ"dan möhtəşəm oyun: Qələbəyə bərabər heç-heçə

213
(Yenilənib 22:08 18.10.2017)
UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” Bakıda “Atletiko”nu qəbul edib

BAKI, 18 oktyabr — Sputnik. Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qarabağ” (Ağdam) — “Atletiko” (Madrid) oyunu keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunu fransalı baş hakim Ruddi Buquet idarə edib.

Görüşün birinci hissəsi qonaqların üstünlüyü ilə keçsə də, qolsuz başa çatıb. Bu nəticədə "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin rolunu xüsusi qeyd etmək lazımdır.

İkinci hissə də ispaniyalıların üstünlüyü ilə başlayıb. Onlar mütləq qələbə qazanmaq üçün bütün səylə hücuma keçiblər. Bunun nəticəsi olaraq "Atletiko"nun müdafiəsində boşluqlar yaranıb və Ndlovu, Mədətov, Pedro Enrike bir neçə dəfə ispaniyalılar üçün ciddi problemlər yaradıblar, lakin onların səyləri qolla nəticələnməyib. 75-ci dəqiqədə isə Ndlovu ikinci sarı vərəqəni alıb və qırmızı vərəqə ilə meydançanı tərk edib. Lakin "Atletiko" bu üstünlükdən istifadə edə bilməyib — 0:0. Beləliklə, "Qarabağ" ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsində xal qazanıb. Bu ümumilikdə Azərbaycan futbolu üçün bir ilkdir.

Qeyd edək ki, “Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, Bakıda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. 

213
Əlaqədar
"Qarabağ" "Atletiko"-ya böyük hesabla uduzdu
"Qarabağ"-"Atletiko" oyunu ilə bağlı mühüm xəbər
"Qarabağ"a qarşı çıxış edənlər adbaad məlum oldu
Şahinoğlu: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişənin həllində fəal iştirak etmir”