Gənclər Liqası Çempionlar Liqası yolunun C qrupunda “Qarabağ”-ın U-19 komandası “Atletiko Madrid”-i qəbul edib

"Qarabağ" "Atletiko"-ya böyük hesabla uduzdu

998
(Yenilənib 16:58 18.10.2017)
“Qarabağ” 1:5 hesabı ilə məğlub olaraq turnir tarixi ərzində öz evində ən böyük hesabla uduzan komanda olub

BAKI, 18 oktyabr — Sputnik. Bu gün Gənclər Liqasının 3-cü turuna yekun vurulub. Sputnik Azərbaycan-ın məlumatına görə, Gənclər Liqası Çempionlar Liqası yolunun C qrupunda “Qarabağ”-ın U-19 komandası “Atletiko Madrid”-i qəbul edib.

Əsas komandanın kapitanı Rəşad Sadıqovun çalışdırdığı komandamız anti-rekorda imza atıb. Belə ki, 1:5 hesabı ilə məğlub olan “Qarabağ” turnir tarixi ərzində öz evində ən böyük hesabla uduzan komanda olub.

Qeyd edək ki, “Qarabağ”-ın heyətində qolu Yaroslav Deda vurub. Qonaqların heyətində isə Karlos İsaak, Oskar Klemente, Toni Moya, Aytor Pinyal, Alberto Salido fərqləniblər.

998
Əlaqədar
"Qarabağ"-"Atletiko" oyunu ilə bağlı mühüm xəbər
"Qarabağ"a qarşı çıxış edənlər adbaad məlum oldu
"Qarabağ" - "Roma" görüşünün ən yaddaqalan anları
"Roma"nın baş məşqçisi: "Qarabağ" tərifə layiqdir"
"Qarabağ" sensasiya yarada bilmədi