Futbol topu

Azərbaycanın rəqibi İsveçrəyə qarşı

45
(Yenilənib 17:25 17.10.2017)
Şimali İrlandiya qrup mərhələsində Azərbaycanın rəqibi olub və rəqiblərindən yalnız Almaniyanı keçə bilməyib

BAKI, 17 oktyabr — Sputnik. 2018-ci il dünya çempionatının futbol üzrə Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, İsveçrənin Sürix şəhərində təşkil olunmuş tədbirə seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda qatılıb.

Püşkatma nəticəsində onlar 4 cütə bölünüblər:

Şimali İrlandiya — İsveçrə

Xorvatiya — Yunanıstan

Danimarka — İrlandiya

İsveç — İtaliya 

İlk oyunlar 9 — 11 noyabrda, cavab görüşləri 12 — 14 noyabrda keçiriləcək. Şimali İrlandiya qrup mərhələsində Azərbaycanın rəqibi olub və rəqiblərindən yalnız Almaniyanı keçə bilməyib.

İndiyədək dünya çempionatına 22 ölkə yığması vəsiqə qazanıb:

Avropa: İngiltərə, Belçika, İslandiya, İspaniya, Almaniya, Polşa, Serbiya, Fransa

Cənubi Amerika: Argentina, Braziliya, Kolumbiya, Uruqvay

Şimali Amerika: Kosta Rika, Meksika, Panama

Asiya: İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya

Afrika: Nigeriya, Misir

Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil olunacaq.

45
Teqlər:
2018-ci il dünya çempionatı, futbol, Sürix şəhəri, İsveçrə, Almaniya, Azərbaycan
Əlaqədar
Kabel oğurlayan futbolçunun taleyinə aydınlıq gətirildi
Məşhur futbolçuya nüfuzlu təşkilatda vəzifə verildi
Tanınmış Azərbaycan futbolçusu azadlığa buraxıldı
Futbol Federasiyasının prezidenti istefa verməyə hazırlaşır
Robotlar Bakıda futbol oynadılar
Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev, arxiv şəkli

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

149
(Yenilənib 22:47 27.09.2020)
Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

BAKI, 27 sentyabr - Sputnik. "Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbirsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu, son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri"!

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

149
Teqlər:
Qarabağ FK, Qara Qarayev, Horadiz, Cəbrayıl, erməni təxribatı, Azərbaycan Ordusu, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ordumuz Ermənistanın hərbi texnikalarını belə məhv edir – VİDEO
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

7
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

7
Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Atəşə tutulan mülki əhali ilə bağlı daha bir bəyanat yayıldı

0
(Yenilənib 22:43 28.09.2020)
Dünən Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı qadın və uşaqların hüquqlarını pozması və qətlə yetirməsinə dair bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda dinc əhalinin də atəşə tutulmasından bəhs edilib:

"Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il, saat 06:00-dan başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş verib.

Əvvəllər də mövcud atəşkəs rejimini dəfələrlə pozan Ermənistan silahlı birləşmələri bu dəfə bütün təmas xətti boyu hücuma keçərək Azərbaycan mövqelərini, yaşayış məntəqələrini intensiv şəkildə müxtəlif növ silah və artilleriya qurğuları ilə atəşə tutmaqda, mülki və hərbi obyektlərə ciddi ziyan vurmaqda davam edir.

Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.

Ermənistan silahlı qüvvələrinin iki gün ərzində açdığı atəş nəticəsində dinc əhali arsında xeyli sayda ölən və yaralanan var.

Bu hadisələr Ermənistanın cari ilin 12 iyul tarixində dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi zorakı və təcavüzkar əməllərinin davamı kimi qiymətləndirilir.

Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, "Müharibə zamanı mülki əhalinin müdafiəsi" haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarına əməl etməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübut edir.

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təcavüz aktına cavab olaraq əks-hücum əməliyyatlarını həyata keçirərək, mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, dünya ictimaiyyətini, eləcə də aidiyyəti beynəlxalq təşkilatları, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələrinə, BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında" 2427 qətnaməsinə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə seyrçi qalmamağa, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin, xüsusən də qadın və uşaqların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində üzərlərinə düşən zəruri addımları atmağa və müvafiq tədbirlər görməyə çağırırıq".

0