Панельная сессия Экономика спорта: эффективное сотрудничество государства, медиа и бизнеса в рамках ПМЭФ

Məşhur futbolçuya nüfuzlu təşkilatda vəzifə verildi

29
(Yenilənib 00:39 12.10.2017)
Çeferin bir çox müsahibəsində futbol idarəçiliyində keçmiş oyunçuların təcrübəsindən yararlanacağını bildirib

BAKI, 12 oktyabr — Sputnik. Keçmiş portuqaliyalı futbolçu Luiş Fiqo UEFA-da işə başlayıb. Apasport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, o, prezident Aleksandr Çeferinin məsləhətçisi kimi çalışacaq.

Fiqu bu ilin əvvəlində futbol məsləhətçisi olaraq işə başlayan Nadie Kessler və Deyan Stankoviçə qoşulub.

Qeyd edək ki, Çeferin bir çox müsahibəsində futbol idarəçiliyində keçmiş oyunçuların təcrübəsindən yararlanacağını bildirib.

29