Dünya Boks Şurasının mətbuat konfransı

"İlham Əliyev xüsusi xarizmaya malik liderdir"

224
(Yenilənib 16:09 06.10.2017)
"Hər kəs qonaqpərvərliyinizə heyran qaldı, evimizə xoş hislərlə dönürük"

BAKI, 5 oktyabr — Sputnik. Beş gün davam edən Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyası yekunlaşıb. Konvensiyanın yekunları ilə bağlı bu gün mətbuat konfransı keçirilib. WBC-nin prezidenti Maurisio Süleyman mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

"Konvensyanın Azərbaycanda təşkil olunması üçün, Vitali Klicko vasitəsilə Azərbaycana müraciət etdik. Müsbət qarşılandı. Mən səmimi qəlbdən təşkilatçılara təşəkkür edirəm. Eyni zamanda, Azərbaycana səfər edən hakimlər adindan, münsiflər və azarkeşlər adından təşkilatçılara təşəkkür edirəm. Hər kəs qonaqpərvərliyinizə heyran qaldı. Hər birimiz evə xoş hislərlə geri dönürük" — Süleyman bildirib.

"Cənab prezident İlham Əliyevin idmana münasibəti və böyük idman yarışlarının keçirilməsinə təşəbbüs göstərməsi çox gözəldir. İlham Əliyev bizi qəbul etdi, çox səmimi söhbətimiz oldu. İlham Əliyev xüsusi xarizmaya malik liderdir. Onun idmana göstərdiyi diqqət idmançılar üçün də motivasiyadır" — deyə o, əlavə edib.

Daha sonra WBC prezidenti qeyd edib: "Bizim üç azərbaycanlı boksçu haqqında məlumatımız var. Təəssüf ki, bəzi idmançıların adları yadımda deyil, amma görüşlərimiz olub. Düşünürəm ki, yaxın 3 il ərzində peşəkar idmançılar yetişəcək".

224
Teqlər:
Maurisio Süleyman, Dünya Boks Şurası, WBC, Konvensiya, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
Əfsanəvi boksçular Bakıda
Boksçularımız Dağıstandan əlidolu dönüblər
Bu boksçularımız lisenziya qazandılar
Azərbaycanlı boksçu azarkeşlərə müraciət etdi
Uruqvaylı futbolçu Franko Akosta (mavi formada), arxiv şəkli

Məşhur ispan futbolçu çayı keçərkən yoxa çıxıb

15
(Yenilənib 11:38 07.03.2021)
Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin Hərbi Dəniz Qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb.

BAKI, 7 mart — Sputnik. İspaniyanın "Vilyarreal" klubunun sabiq futbolçusu vətəni Franko Akosta Uruqvayda çayı keçməyə cəhd edərkən itkin düşüb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Uruqvay dənizçiləri və polisləri 25 yaşlı hücumçunun axtarışına başlayıblar.

Hadisə martın 6-da gündüz saatlarında baş verib. Akosta Kanelones departamentində qardaşı ilə çayı keçmək istəyərkən, yoxa çıxıb. Polisi məhz onun qardaşı məlumatlandırıb.

Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin Hərbi Dəniz Qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb.

Qeyd edək ki, Franko Akosta 2020-ci ilin yayından Uruqvayın "Atenas" komandasının formasını geyinir. Hazırda onun transfer məbləği 125 min avro qiymətləndirilir.

15
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

22
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

22
Teqlər:
Formula-1 yarışı, Formula 1
Gürcüstanda etirazlar

Gürcüstanda yeparxiya davası dindarların balkondan yıxılması ilə nəticələnib - VİDEO

0
(Yenilənib 00:20 09.03.2021)
Balkonda davam edən dava zamanı taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstan telekanallarının jurnalistləri və operatorları da olub.

BAKI, 9 mart - Sputnik. Gürcüstanın Martvili şəhərindəki Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər eyvandan yıxılıb, onlardan altısı xəsarət alıb.

Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.

Məlumata görə, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitib.

Çkondid və Martvilinin yeni mitropoliti Stefan ata keçmiş mitropolitin tərəfdarı olan iki dyakonun ibadət etməsini qadağan edib.

Bundan sonra yeparxiya xadimləri arasında qarşıdurma yaranıb. Kilsə və pastva xadimləri münasibətlərə aydınlıq gətirmək istəyiblər. Qarşıdurma binanın ikinci mərtəbəsinin eyvanında davam edib. Nəticədə taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstanın Formula-1, POSTV, TV Pirveli, Rustavi 2 telekanallarının jurnalistləri və operatorları da olub.

Xəsarət alanlar təcili yardım briqaları tərəfindən xəstəxanaya aparılıb. Gürcüstan Patriarxlığı hələlik Çkondid yeparxiyasında baş verənləri şərh etməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi Martvili rayonundakı Çkondid yeparxiyasında baş verən dava faktı ilə bağlı cinayət işi qaldırıb. "Ehtiyatsızlıqdan sağlamlığa zərər vurma" maddəsi üzrə təhqiqat aparılır. Gürcüstan qanunvericiliyinə görə, bu maddə özündə inzibati cərimələri və yaxud iki ilə qədər islah işlərini nəzərdə tutur.

 

0