WBC prezidenti Maurusio Süleyman

Prezident əcnəbi qonaqla görüş zamanı mühüm təlimat verdi: Azərbaycan artıq...

717
(Yenilənib 12:11 06.10.2017)
Azərbaycan Dünya Boks Şurasına üzv qəbul olunub

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv qəbul olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakıda keçirilən mətbuat konfransında, WBC prezidenti Maurusio Süleyman məlumat verib.

"Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüzdə söhbət oldu. Azərbaycan prezidentinin bizi qəbul etməsi şərəf oldu. Müsbət mənada təəccübləndik" — Süleyman bildirib.

"İlham Əliyev sadə və geniş ürəkli insandır. İdman haqda geniş məlumata malikdir. Azərbaycanda bir çox böyük turnirlər təşkil olunub. Dünyanın diqqəti WBC-nin Bakıda keçirilən Konvensiyasına yönəlmişdi. Prezident idman nazirinə tapışırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın" — o, əlavə edib.

Süleymanın sözlərinə görə, Azərbaycan qurumun 166-cı üzvü ölkəsi olacaq: "Sizə "Xoş gəlmisiniz" deyirəm. Ən geci, 3 il sonra Azərbaycandan çempion çıxacağına inanıram. Prezident göstəriş verib və Gənclər və İdman Nazirliyi öz köməkliyini edəcək".

Qeyd edək ki, WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilib. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları gəliblər.

717
Teqlər:
Dünya Boks Şurası, Maurusio Süleyman, WBC, İlham Əliyev, üzv, idman, Azərbaycan, prezident
Əlaqədar
Əfsanəvi boksçular Bakıda
Boksçularımız Dağıstandan əlidolu dönüblər
Bu boksçularımız lisenziya qazandılar
Azərbaycanlı boksçu azarkeşlərə müraciət etdi
Boksda ilk qızıl medalımız gəldi
Bu boksçumuz da həlledici döyüşə vəsiqə qazanıb
MMA döyüşləri, arxiv şəkli

Kosmosda qaydasız döyüş

8
(Yenilənib 00:15 06.05.2021)
Əvvəlcə 40 nəfər MMA döyüşçüsü arasında sərt seçimdən sonra ən yaxşı səkkiz döyüşçü seçiləcək. Sonda isə final döyüşünün iştirakçıları kosmosa göndəriləcəklər və həlledici döyüş də elə orada baş tutacaq.

BAKI, 6 may — Sputnik. İtaliyalı prodüser Andrea Yervolino qarışıq döyüş növləri üzrə (MMA) kosmosda turnirin keçirilməsi planlarını açıqlayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, açıq kosmosda yarış keçirmək niyyətində olan "Space 11" şirkətinin banisi Yervolino çəkisizlik şəraitində döyüşləri "Galactic Combat" realiti-şousu çərçivəsində keçirməyi planlaşdırır.

Layihə müəllifinin fikrincə, əvvəlcə 40 nəfər MMA döyüşçüsü arasında sərt seçimdən sonra ən yaxşı səkkiz döyüşçü seçiləcək. Sonda isə final döyüşünün iştirakçıları kosmosa göndəriləcəklər və həlledici döyüş də elə orada baş tutacaq.

"Bu, sadəcə şou olmayacaq, yeni idman növü olacaq – kosmosda döyüşlər. Biz bütün dünyada olan MMA fanatlarını birləşdirmək və daha geniş konsepsiya təklif etmək istəyirik", - deyə Yervolino bildirib.

İtaliyalı prodüser layihə üzərində işlərə UFC-də döyüşləri ilə məşhur olan keçmiş MMA döyüşçüsü Con Luisi də cəlb edib. Şou artıq 2023-cü ildə efirlərə çıxa bilər.

8
Teqlər:
kosmos, UFC, MMA
Məhəmmədəliyev Şahruddin, arxiv şəkli

"Qarabağ"ın bəxtsiz qapıçısı: indi qolunu sındırdı

12
(Yenilənib 21:08 05.05.2021)
Yaxın günlərdə Ağdam klubunun qapıçısı əməliyyat olunacaq, mümkündür ki, o, iki ay müddətinə meydana çıxa bilməsin.

BAKI, 5 may – Sputnik, Teymur Tuşiyev. Ağdamın “Qarabağ” klubunun qolkiperi Şahruddin Məhəmmədəliyev başından aldığı zədədən özünə gəlməmiş qolunu sındırıb.

Sputnik Azərbaycan bildirir ki, Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının 25-ci turunda “Zirə” ilə oyunda (1:1) zədələnib və matçın 22-ci dəqiqəsində əvəzlənib.

Qolkiperin sağ əli sınıb və ona gips qoyulub. Yaxın günlərdə əməliyyat olunacaq.

Xatırladaq ki, bu yaxınlarda, aprelin 16-da, Premyer Liqanın 23-cü turunda “Səbail”lə oyunda (1:1) qarşı tərəfin oyunçusu Amil Yunanovla toqquşan Şahruddin huşunu itirmişdi.

Sonra qolkiper xatırlayırdı ki, özünə gələndə ilk hiss etdiyi üzündəki qan olub, toqquşma anı isə yadında deyil.

Təxmin edilirdi ki, Məhəmmədəliyev təxminən 1 ay oynamayacaq, ancaq o, təkcə 24-cü tura çıxmadı, onu Emil Balayev əvəzlədi. Aprelin 29-da isə Azərbaycan Kubokunda yarımfinalın cavab görüşündə “Sumqayıt”la oyunda “Qarabağ”ın qapısını Şahruddin qoruyurdu.

İndi isə qapıçının təxminən iki ay meydana çıxa bilməyəcəyi güman edilir.

Ancaq futbolçunun oynamaq həvəsini nəzərə aldıqda deyə bilərik ki, o daha tez sağala bilər.

Məhəmmədəliyev Türkiyə (27 may), Belarus (2 iyun), Moldova (6 iyun) ilə yoldaşlıq görüşlərini buraxa bilər.

Yeri gəlmişkən, qolunu zədələdiyi oyun Məhəmmədəliyev üçün yubiley  - Ağdam klubunun heyətində 50-ci matç idi. Oyunun nəticələrinə görə, o, klubun 50 və daha çox oyun keçirmiş qapıçılarının beşliyinə düşüb.

Şahruddin “Qarabağ”da 2015/16 mövsümündən oynayır və indiyədək qapısından 27 qol buraxıb.

12
Teqlər:
zədə, qapıçı, "Qarabağ" FK, futbolçu
Antoniu Quterreş, arxiv şəkli

BMT bəşəriyyət üçün faciənin yaxınlaşması barədə xəbərdarlıq edib

0
(Yenilənib 23:23 06.05.2021)
Quterreşin sözlərinə əsasən, atmosferdəki karbon qazının konsentrasiyası ən yüksək səviyyəyə qədər yenilənərək sənayedən əvvəlki səviyyəni üstələyib.

BAKI, 6 may — Sputnik. Ötən il Yer kürəsində havanın temperaturu milyon il ərzində rekord həddə qalxaraq, bəşəriyyəti iqlim qəzasına yaxınlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

"Ötən il illik ekstremal və iqlim kataklizmlərinin daha bir görünməmiş dövrü oldu", - baş katib deyib.

Onun sözlərinə görə, atmosferdəki karbon qazının konsentrasiyası ən yüksək səviyyəyə qədər yenilənərək sənayedən əvvəlki səviyyəni üstələyib.

Quterreş bunun Yerin istiliyinin üç dərəcə yüksək və dəniz səviyyəsinin 15 metr yüksək olduğu üç milyon ildə ən yüksək göstərici olduğunu vurğulayıb.

"Mövcud öhdəliklərə uyğun olaraq, hələ də əsrin sonuna qədər fəlakətli 2,4 dərəcə istilik artımına doğru irəliləyirik. Uçurumun astanasındayıq", - deyə BMT rəhbəri xəbərdarlıq edib.

Antoniu Quttereş vurğulayıb ki, bəşəriyyət ən pis ssenarinin qarşısını almaq üçün daha təmiz və yaşıl inkişaf yoluna daxil olmaq girmək üçün birlikdə çalışmalıdır.

0