Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan voleybolçuları yenə uğur qazana bilmədilər

© Sputnik / Murad OrujovBürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşıblar
Bürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşıblar - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın qadın voleybolçuları Avropa çempionatını dördüncü sırada başa vurublar

BAKI, 1 oktyabr — Sputnik. Qadın voleybolçular arasında Bakıda keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüş keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, çempionatda bürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşıblar.

Maraqlı idman mübarizəsi şəraitində keçən matçın birinci setində üstün oyun nümayiş etdirən Azərbaycan millisi 25:22 hesabı ilə qalib gəlib. Komandaların yüksək əzmkarlıq göstərdikləri ikinci setdə Türkiyə voleybolçuları 21:25 hesabı ilə üstün olublar. Qarşılaşmanın üçüncü seti daha yaxşı oyun nümayiş etdirən Türkiyə voleybolçularının üstünlüyü ilə başa çatıb. Oyunun dördüncü setində böyük fərqlə (25:8) qalib gələn Türkiyə millisi ümumi hesabda qələbə qazanıb — 3:1.

Beləliklə, Türkiyə voleybolçuları Avropa çempionatının bürünc medallarına sahib olublar. Azərbaycan milli komandası çempionatı dördüncü sırada başa vurub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev voleybolçularımızın oyununa baxıb.

Qızıl medal uğrunda görüşdə isə Serbiya və Niderland milliləri üz-üzə gələcəklər.

Xəbər lenti
0