Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa çempionatı: 1/4 final mərhələsinə start verilir

© Photo : AZƏRTACAzərbaycan və Polşa voleybol yığmaları arasında oyun
Azərbaycan və Polşa voleybol yığmaları arasında oyun - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 18:00-da İtaliya Hollandiya ilə üz-üzə gələcək. Saat 20:30-da isə Serbiya Belarusu sınağa çəkəcək

BAKI, 28 sentyabr — Sputnik. Bu gün voleybolçu qadınlar arasında Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, yarımfinala vəsiqə uğrunda görüşlər Milli Gimnastika Arenasında keçiriləcək.

Saat 18:00-da İtaliya Hollandiya ilə üz-üzə gələcək. Saat 20:30-da isə Serbiya Belarusu sınağa çəkəcək.

Daha 2 qarşılaşma sentyabrın 29-da olacaq. Həmin gün əvvəlcə Azərbaycan və Almaniya milliləri üz-üzə gələcəklər. 

Bu komandalar qrup mərhələsində də qarşılaşıblar. Görüş Faiq Qarayevin baş məşqçisi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb. Azərbaycan 1/4 finala qrup lideri kimi birbaşa vəsiqə qazandığı halda, Bundestim "pley-off"da Bolqarıstan üzərində 3:2 hesablı çətin qələbə sayəsində buna nail olub.

1/4 final mərhələsinin son görüşü isə Rusiya və Türkiyə yığmaları arasında keçiriləcək. Bu komandalar da qrup mərhələsində qarşılaşıblar. Həmin vaxt Rusiya üstün olub — 3:1. Türkiyə "pley-off"da Polşanı 3:1 hesabı ilə yendiyi üçün 1/4 finalda iştirak hüququna yiyələnib.

Qeyd edək ki, yarımfinal oyunları 30 sentyabrda, bürünc medal və final görüşləri 1 oktyabrda keçiriləcək.

Xəbər lenti
0