Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanov: "Rəqibi tərifləmək istəmirəm"

© Sputnik / Ruslan MikayıllıQarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı
Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Qurban Qurbanov "Roma" ilə oyundan söz açıb

BAKI, 26 sentyabr — Sputnik. "Qarabağ" futbol klubu sabah Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İtaliyanın "Roma" klubu ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 20.00-da başlayacaq oyundan əvvəl Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin qarşısına çıxaraq onları maraqlandıran sualları cavablandırıb.

"Bakıda ilk oyundur. Hamı bunu səbirsizliklə gözləyir. Bu səviyyədə matçın keçirilməsi bizim ölkə üçün müsbətdir. Bizim qrupda üç favorit var. Kimsə hesab edir ki, iki favorit var, amma mən "Roma" haqqında elə düşünmürəm. Düzgün oyun və yaxşı futbol nümayiş etdirməyə çalışacağıq" — deyə Qurban Qurbanov bildirib. 

Лига Чемпионов - Челси против ФК Карабах - Стэмфорд Бридж, Лондон, Великобритания - 12 сентября 2017 года Игроки ФК Карабах позируют перед матчем - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ" futbolçuları: "Roma" "Çelsi" deyil, amma "Sumqayıt" da deyil

"Stadionda anşlaq olacaq. Bu komandanın həyəcanına səbəb olacaqmı?" — sualına cavabında baş məşqçi deyib ki, futbolçulara hər zaman təzyiq olur. "Avropa təcrübəmizin olmasına baxmayaraq, Çempionlar Liqası tamam başqa turnirdir. Avropa Liqası ilə Çempionlar Liqası arasında fərq böyükdür. Belə bir stadionda oynamaq bizə çox xoşdur. Biz məğlubiyyətlərdən qorxmamalıyıq. Belə məğlubiyyətlərdən sonra təcrübə toplamaq lazımdır. Sabah oyuna yaxşı hazırlaşdığımızı göstərməyə çalışacağıq. Az da olsa, bizim artıq bu turnirdə təcrübəmiz var" — deyə baş məşqçi bildirib.

"Qarabağ"ın çalışdırıcısı Miçelin böyük məbləğdə cərimə olunduğu barədə məlumatın nə qədər doğru olduğuna da aydınlıq gətirib:

© Sputnik / Ruslan MikayıllıQarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı. 26 sentyabr 2017-ci il
Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı. 26 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı. 26 sentyabr 2017-ci il

"Onu dünən cərimələyiblər. Futbolçular bilirlər ki, belə şeylər bağışlanmır və buna normal münasibət bəsləyirlər. Bu idmandır və psixoloji aspektlər burada rol oynayır. Hərdən emosiyaları gizlətmək çətin olur. Mən buna normal baxıram. Amma intizama da diqqət etmək lazımdır. Mən onun işə münasibətindən razıyam. Həmişə ona münasibətim yaxşı olub və böyük ehtimalla o, sabah sahəyə çıxacaq." 

Qurban Qurbanov sabah səhərki yüngün məşqlərdən sonra Ansi Aqolinin oynayıb-oynamayacağına yekun qərarın veriləcəyini bildirib. Aqolinin böyük ehtimalla oynacağını bildirib.

AZE Nakhchivan SK futbol klubunun Almaniyanın Köln şəhərindəki mərkəzi ofisində təqdimetmə mərasimi - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan futbol klubu almanlara təqdim edildi

Baş məşqçi onu da bildirib ki, "Çelsi" ilə ilk oyundan sonra müəyyən dəyişikliklər olacaq: "Müəyyən dəyişikliklər olacaq. Bunlar iki müxtəlif komandalardır. Amma siz kardinal dəyişiklikləri görməyəcəksiz".

"Roma"nın zəif tərəfləri varmı?" sualına cavabında isə Ağdam klubunun baş məşqçisi deyib ki, top-klubların zəif tərəflərini tapmaq çətindir. Amma futbol elə bir oyundur ki, həyya ən güclülər belə səhvlər edir və uduzur. "Deməzdim ki, "Roma"da hansısa ciddi zəif nöqtələr var." — Qurbanov deyib.

"Siz italyan futbolunu pis bilmirsiz, "İnter" və "Fiorentino" ilə oynamısız. Bu komandaları müqayisə edə bilərsiz?" sualına isə o belə cavab verib: "Rəqibi tərifləmək istəmirəm, bu, oyundan əvvəl özünü sığortalamaq kimi çıxacaq. Onlar ayrı-ayrı komandalardır. "Roma" A seriyasının ikinci komandasıdır və bu, hər şeyi deyir.

Xəbər lenti
0