Президент США Дональд Трамп

Başabəla prezident indi idmançılarla söz güləşdirir

30
(Yenilənib 23:37 24.09.2017)
Tramp ABŞ himni oxunarkən diz çökmüş NFL oyunçularını tənqid edib

BAKI, 24 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Twitter-də Milli futbol liqasının (NFL) və Milli Basketbol Assosiasiyasının oyunçularını fəal tənqid etməyə başlayıb və buna görə ciddi əks-reaksiya ilə üzləşib.

Tramp hələ cümə günü mitinqdə ABŞ himni oxunarkən diz çökmüş NFL oyunçularını tənqid edib. Oyunçuların fikrincə, bu hərəkət ABŞ-dakı quldarlıq dövrü və ağdərililərlə zəncilər arasındakı bərabərsizliyin hələ bitmədiyi barədə xatırlatmadır. Şənbə günü Tramp Twitter-də bu məsələyə iki status həsr edib və bu hərəkəti edən oyunçuları Ağ Evdə görmək istəmədiyini bildirib. 

"Əgər oyunçu NFL-də və digər liqalarda milyonlar qazanmaq üçün güzəştlər istəyirsə, onun Böyük Amerika Himninə (və ya Dövlətinə) hörmətsizlik göstərməsinə imkan vermək olmaz və o bizim Milli Himnimizdən ötrü ayağa qalxmalıdır. İstəmirsənsa, onda QOVULURSAN. Özünə başqa iş tap!" — Tramp yazıb.

O həmçinin əlavə edib ki, "Golden State Warriors" basketbol klubunun oyunçusu Stefen Karrini Ağ Evə dəvət etməyə hazırlaşmır. Karri NBA çempionları üçün ənənəvi olaraq keçirilən qəbulda iştirak edib-etməyəcəyinin sual altında olduğunu bildirmişdi.

"Ağ Evi ziyarət etmək böyük şərəf sayılır. Stefen Karri şübhə edir, ona görə də dəvət ləğv olunur!" — Tramp yazıb.

NFL-in rəhbəri Rocer Qudell yaydığı bəyanatda Trampı "ayrıseçkilik yaradan" sözlərinə görə tənqid edib. "Golden State Warriors" basketbol klubu Ağ Evə getməyəcəyini bəyan edib. "Ortada prezident Trampın bizim dəvət olunmayacağımız barədə dediyi sözlərvar. Bu faktı qəbul edirik" — klubun bəyanatında bildirilir. 

Mübahisəyə məşhur basketbolçular Kobi Brayant və Lebron Ceyms də qoşulublar. Ceyms Twitter-də Trampın ünvanına çoxmənalı söyüş göndərib. Onun dediyi sözü həm "avara", həm də "sarsaq" kimi tərcümə etmək olar. "Ağ Evə getmək sən orada peyda olanadək böyük şərəf idi!" — Ceyms prezidentə yazıb.

Brayant öz Twitter-ində Trampın amerikalılar arasında ayrıseçkilik saldığını bildirib. "Adı ayrıseçkilik və qəzəb doğuran, sözləri nifrət və münaqişə yaradan prezident "Amerikanı yenidən böyük" edə bilməz" — Brayant yazıb.

30
Teqlər:
Milli futbol liqası, Milli Basketbol Assosiasiyası, NFL, NBA, "Golden State Warriors", Rocer Qudell, Lebron Ceyms, Kobi Brayant, ABŞ prezidenti Donald Tramp, Stefen Karri, ABŞ
Əlaqədar
Tramp və Ərdoğanın görüş saatı dəqiqləşdi
Tramp digər dövlətin başçısına ləqəb qoyub
Tramp və Netanyahu Nyu-Yorkda görüşəcək
"Donald Tramp özü "Washington Post"u saxtakarlıqda ittiham edir"
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

27
(Yenilənib 21:08 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad Məmmədovun səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

27
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

38
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

38
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

74
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

74
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu