Reqbi oyunçuları, arxiv şəkli

“Bu gedişlə gələcəyimiz heç yaxşı olmayacaq”

285
(Yenilənib 11:00 25.09.2017)
Amma nə qədər ki biz varıq, Azərbaycan bayrağını dalğalandıracağıq

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Reqbi 19-cu əsrdə İngiltərədə yaranan kontaktlı idman növüdür. 1987-ci ildən reqbi üzrə dünya çempionatı keçirilir. Bu idman növü 1900, 1908, 1920 və 1924-cü il Olimpiadalarının proqramına daxil edilib və təxminən bir əsrdən sonra – 2016-cı ildə yenidən olimpiya proqramına qaytarılıb. Daha çox İngiltərə, Fransa Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika Respublikasında populyardır.

Reqbinin daha bir növü isə Amerika futboludur. Bu idman növü məhz reqbi və futbolun sintezindən yaranıb və ABŞ-da ən populyar idmandır.

Bu idman növünə Azərbaycanda da maraq var. Amma digər idmanlara nisbətən bu idman növü ilə məşğul olanlar çox azdır. Azərbaycan Reqbi Federasiyasının İnkişaf Komitəsinin rəhbəri Emil Əliyev komandaların uğurunun az olması, federasiyanın problemləri, insanların reqbi idman növü haqqında məlumatının az olma səbəbləri haqqında Sputnik Azərbaycan-a danışıb. 

— Azərbaycan üçün ənənəvi olmayan reqbi idman növü nə zamandan oynanılır?

— Reqbi idman növü keçən əsrin 30-cu illərində SSRİ-yə gəlib və təbii ki, məhz bundan sonra Azərbaycanda tanınıb və oynanılmağa başlanıb. Hətta qısa biz zamanda Azərbaycanda “Spartak” və “Dinamo” klublarında reqbi komandaları fəaliyyətə başlayıb. İkinci Dünya müharibəsindən sonra reqbi burjua idman növü kimi ləkələnərək qadağan olundu. Reqbinin vətənimizə ikinci gəlişi ötən əsrin 60-cı illərində Moskvada keçirilən Beynəlxalq Gənclik Festivalından sonra baş verdi. SSRİ çökəndən sonra isə reqbiyə maraq azaldı və tamamilə oynanılmadı. Nəhayət, reqbinin ölkəmizə üçüncü gəlişinə Azərbaycanda çalışan xarici vətəndaşlar səbəb oldu. Onlar bizim gənclərdə bu idmana maraq yarada bildilər və çox keçmədən Bakı Reqbi Klubunu yaratdılar.

— Çoxları hətta reqbi idmanının adını belə bilmirlər. Belə bir şəraitdə necə fəaliyyət göstərirsiniz?

— Tək əldən səs çıxmaz. Biz nə qədər də cəmiyyətə reqbi haqqında informasiya verməyə çalışsaq da, dövlətin, jurnalistlərin dəstəyi olmasa, bir effekt olmur. Azərbaycan komandası öz hesabına "İlk Avropa Plyaj reqbisi" turnirinə getdi və bu, heç kəsi maraqlandırmadı. Komanda turnirdən dönəndən sonra mən bir neçə idman jurnalistinə müsahibə vermək istədiyimi bildirdim. Təəssüflər olsun ki, heç kəs maraq göstərmədi. 

— İdman Nazirliyinə dəstək üçün müraciət etmisiniz?

— Bu məsələ müraciətlə həll olunmur. İdman Nazirliyinin kompleks şəkilində Azərbaycanda reqbi idman növünün inkişaf planı olmalı və biz federasiya olaraq öz dəstəyimizi göstərməliyik. Onu da qeyd edim ki, reqbi olimpiya idman növüdür.

— Ölkədə gənclərin reqbiyə marağı yüksəkdirsə, niyə öz hesablarına yarışlara qatılmırlar? Axı digər idman növlərində belə hallar olanda öz hesablarına yarışlara qatılan idmançılar az deyil.

— Əlbəttə maraq var. Amma dəstək olmadığı üçün nə qədər perspektiv olan gənclərimiz reqbidən uzaqlaşmağa məcbur oldular. Məşq etmədən, normal məşqçi olmaya-olmaya, daxili çempionat keçirilmədən bir komanda yaratdılar və beynəlxalq turnirlərdə iştirak etdilər. Və bu qədər problemlərə baxmayaraq özümüzdən daha təcrübəli rəqiblərə qalib gələ bildik. Komandaya dəstək olarsa, onlar hazırlıqlı olsalar, daha böyük uğurlar qazana bilərlər. Hətta milli oyunçumuz Eldar Kərimov öz hesabına "Qarabağ" klubunu yaratdı. Sponsorlar vasitəsi ilə klubu səfərlərə apardı, hətta qısa zamanda uğurlu nəticələri oldu. Hal-hazırda klub sponsor olmadığı üçün bağlanmaq üzrədir. 

— Deməli, Azərbaycanda reqbi idman növü növbəti dəfə süquta uğrayır?

— Bəli, süquta uğramaq üzrə olduğunu deyə bilərik. Amma nə qədər ki biz varıq, sevdiyimiz oyunu yaşadacağıq. Azərbaycan bayrağını dalğalandıracağıq.

— Hal-hazırda milli komandada neçə idmançı var? Beynəlxalq yarışlara hazırlıq gedir, yoxsa məşqlər dayanib?

— Ağrılı yerimizə toxunursunuz. Milli komandanın maçları olanda, oyunçular xəbərləşib toplanırlar və mümkün qədər məşq edirlər. O da stadion tapmaq və kirayələmə bağlıdır. Lazım gələndə hər hansı bir boş sahə tapırıq və məşqlərimizi edirik. Demək olar ki, oyun praktikası yalnız 1-2 oyunçuda var. Onlar xaricdə təhsil alırlar və xarici ölkənin klublarında məşq edirlər. Məsələn, mənim oğlum Tamerlan Əliyev. O, Türkiyədə təhsil alır və Sivas Kangals komandasında oynayır. Eyni zamanda, yayda ABŞ-ın Bruklin komandasına qatılır. Mənim oğlumla bir yerdə reqbiyə başlayan uşaqlardan gözəl oyunçular olardı. Bir az bu uşaqlara dəstək olsaydılar, güclü bir komanda yaranardı. Təəssüflər olsun ki, dəstəyin olmaması istedadlı gənclərin idmandan getməsinə səbəb oldu. Bu gediş belə davam edərsə, federasiyanın gələcəyi heç də yaxşı olmayacaq.

285
Teqlər:
Amerika futbolu, Azərbaycan Reqbi Federasiyası, Eldar Kərimov, Tamerlan Əliyev, Emil Əliyev, Azərbaycan, Türkiyə, İngiltərə, ABŞ, Yeni Zelandiya
Əlaqədar
Azərbaycanlı döyüşçü qız: "Biz kişilərə baxanda..."
Azərbaycan taekvondoçuları daha iki qızıl medal qazanıblar
Azərbaycan taekvondoçuları qızıl və gümüş medal qazanıblar
Ağdamda Cümə məscidi

"Qarabağ"ın futbolçuları Ağdam məscidində ibadət etdilər "İmarət" stadionunda oynadılar

21
(Yenilənib 16:55 28.11.2020)
"Qarabağ" futbol klubunun üzvləri bu gün Ağdamda Cümə məscidini ziyarət ediblər və "İmarət" stadionunda simvolik futbol oynayıblar.

BAKI, 28 noyabr — Sputnik. "Qarabağ" klubu bu gün təmsil etdiyi Ağdam şəhərinə səfər edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, səfərdə klub rəhbərliyi ilə yanaşı məşqçilər və futbolçular da yer alıb.

Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıblar.

Sonra Ağdam klubu doğma meydanda ("İmarət" stadionunda) simvolik olaraq futbol oynayıb.

Simvolik matç Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində baş tutub.

"Qarabağ"ın legionerləri də Ağdam şəhərinə aparılıb.

  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
1 / 3
© Photo : APA
“Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb

Bu, Qarabağ" futbol klubunun 27 ildən sonra işğaldan azad edilmiş Ağdama ilk səfəridir.

Komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, "Qarabağ" adı ilə ilk dəfə 1987-ci ildə yaşıl sahələrə çıxmağa başlayıb. 

Ağdam noyabrın 20-də 27 illik erməni işğalından azad olunub.

21
Teqlər:
Ağdam, "Qarabağ" FK, Qarabağ
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

29
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

29
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

0
(Yenilənib 21:18 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

0
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA