Türkiyə millisinin baş məşqçisi Fatih Terim

Fatih Terim heç gözləmədiyi ölkədən təklif aldı

36
(Yenilənib 20:45 21.09.2017)
"İstiqlal" klubunun əvvəlki baş məşqçisi Əli Rza Mənsuriyan olub

BAKI, 21 sentyabr — Sputnik. İranın güclü futbol klublarından olan "İstiqlal"ın rəhbəri Rza İftikari, Türkiyə millisinin və "Galatasaray"ın keçmiş baş məşqçisi Fatih Terimi komandanın başına gətirmək istədiklərini açıqlayıb. Sputnik Azərbaycan bu barədə "NTV"yə istinadən xəbər verir.

“Əgər Fatih Terimlə razılaşsaq, nəticəni azarkeşlərimizlə də bölüşəcəyik" — İftikari deyib.

Qeyd edək ki, "İstiqlal" klubunun əvvəlki baş məşqçisi Əli Rza Mənsuriyan olub.

36
Teqlər:
"İstiqlal" klubu, Galatasaray, Rza İftikari, Əli Rza Mənsuriyan, Fatih Terim, İran, Türkiyə
Əlaqədar
Baş məşqçi türk futbolçu ilə problemə aydınlıq gətirdi
"Çelsi"nin baş məşqçisi "Qarabağ"la oyuna çıxaracağı heyəti açıqladı
Baş məşqçi: "Bu qələbəni Qurban bayramına həsr edirik"
Tanınmış məşqçimiz jurnalistlərə müraciət etdi
"Neftçi"nin baş məşqçisi istefa verib
Cüdo yarışı, arxiv şəkli

Avropa çempionatı: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulacaq

11
Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

BAKI, 20 noyabr — Sputnik. Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxacaq.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatına görə, Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

73 kq

1/16 final. Rüstəm Orucov - Klaudio Nunyes Dos Santos (Lüksemburq)

1/16 final. Telman Vəliyev - Vadim Şoka (Belarus)

81 kq

1/32 final. Murad Fətiyev - Yaromir Musil (Çexiya)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanıb.

11
Futbol topları, arxiv şəkli

Türkiyə yığması Rusiya üzərində qələbə qazandı

64
(Yenilənib 23:43 15.11.2020)
İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

BAKI, 15 noyabr - Sputnik. UEFA Avropa Liqasında V turun ikinci oyun günündə Türkiyə və Rusiya yığmaları üz-üzə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 11-ci dəqiqədə Denis Çerışev açsa da, 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. Say üstünlüyündən "ay-ulduzlular" tezliklə yararlanmağı bacarıblar. 26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib.

52-ci dəqiqədə isə Cenk Tosun penaltini dəqiq yerinə yetirib. 57-ci dəqiqədə Daler Kuzyayev fərqi azaltsa da, Rusiya millisinin bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra Rusiya 8 xalla 1-ci, ilk qələbəsinə imza atan Türkiyə 6 xalla 3-cü pillədə qalıb.

64
Dilarə Kazımova, arxiv şəkli

"Avroviziya" mahnı müsabiqəsinin iştirakçısından "Azərbaycanım" - VİDEO

0
Bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq sosial mediada yeni işini paylaşıb.

BAKI, 23 noyabr — Sputnik. Müğənni Dilarə Kazımova vətənimizin qələbə qazanması münasibətilə yeni mahnısı "Azərbaycanım"ı təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq yeni işini özünün "Instagram" səhifəsində paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от D I L A R A (@dilarakazimova)

Musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə Dilarə fikirlərini belə ifadə edib: "İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir. Stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir".

D.Kazımova mahnı üçün kamera qarşısına da keçib. O, Gülnarə Xəlilovanın "Xalçaların dili" kolleksiyasından libas geyinib.

Qeyd edək ki, mahnının aranjmanı Camal Qurbanov, miks və soundu isə Samir Əsədova məxsusdur.

0
Teqlər:
müsabiqə, Dilarə Kazımova, qələbə, mahnı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə