Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Finalın Bakıda keçiriləcəyi barədə məlumat təsdiqini tapmadı

© AFP 2023 / Kirill KudryavtsevBakı Olimpiya stadionu
Bakı Olimpiya stadionu - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən Eurosport və digər saytlar Çempionlar Liqasının finalının Bakıda keçiriləcəyini yazmışdılar

BAKI, 20 sentyabr — Sputnik. 2019-cu ildə UEFA Çempionlar Liqasının finalı Bakıda olmayacaq.

Belə ki, 2019-cu ildə Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, müvafiq qərar UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Çempionlar Liqasının finalı isə Madridin "Vanda Metropolitano" stadionunda baş tutacaq.

Xatırladaq ki, dünən Eurosport və digər saytlar Çempionlar Liqasının finalının Bakıda keçiriləcəyini yazmışdılar.

Xəbər lenti
0