Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Baş məşqçi türk futbolçu ilə problemə aydınlıq gətirdi

© AP Photo / Manu FernandezFutbolçu Arda Turan
Futbolçu Arda Turan - Sputnik Azərbaycan
Abunə olmaq
Baş məşqçi jurnalistlərin Arda Turanla bağlı suallarını cavablandırıb

BAKI, 19 sentyabr — Sputnik. "Barselona" baş məşqçisi Ernesto Valverde İspaniya La Liqasında sentyabrın 20-də oynayacaqları "Eybar"-la oyun öncəsi mətbuat konfransı keçirib. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, Valverde jurnalistlərin Arda Turanla bağlı suallarını da cavablandırıb. O, türk futbolçunun nə üçün heyətə salınmadığını belə əsaslandırıb:

"Bütün futbolçular komandanın bir parçasıdır. Arda da onlardan biridir. Mövsüm uzundur, hər kəsə eyni davranmağa çalışıram. Əgər faydalı olacağına inansam, əlbəttə o da ilk heyətdə meydana çıxacaq" — məşqçi deyib.

Xəbər lenti
0