Qarabağ - Çelsi oyunu, London, Stemford Bric, 12 sentyabr 2017-ci il

Azərbaycan futbolunun əfsanəsi "Qarabağ"ın səhvlərindən danışdı

165
"30-cu dəqiqəyə qədər ingilislərin üstünlüyü hiss olunmurdu. Bizimkilər Avropa nəhəngi fonunda tamamilə üstün görünürdülər"

BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İdarə Heyətinin üzvü Kazbek Tuayev Çempionlar Liqasının birinci turunda Azərbaycanın "Qarabağ" və İngiltərənin "Çelsi" klubları arasındakı aristokratların 6:0 qələbəsi ilə başa çatan matçla bağlı fikirlərini bölüşüb.

"Bu gün səhər mən yenidən matça baxdım, Azərbaycan çempionunun oyununu analiz etdim. Mən Qurban Qurbanovun səhvləri barədə danışmaq istəmirəm, baxmayaraq ki, onlar var idi. Çempionlar Liqasındakı atmosferə diqqəti yönəltmək istəyirəm. Dünən hər şey gözəl idi. Azərbaycan komandası İngiltərənin ən yaxşı klublarından biri ilə görüşürdü. Tribunalar bizim azarkeşlərlə tamamilə dolu idi. Nəticəyə baxmayaraq, səy göstərməyə dəyərdi" – deyə Tuayev bildirib.

AFFA İdarə Heyətinin üzvü Kazbek Tuayev
© Photo : 1news.az
AFFA İdarə Heyətinin üzvü Kazbek Tuayev

Bakı "Neftçi"sinin əfsanəvi yarımmüdafiəçisi hesab edir ki, debüt qolu komandanın oyununu pozub. 

"Bu an komanda şanssızlığa uğradı. Pedro kimi oyunçunu tək qoymaq olmazdı. 30-cu dəqiqəyə qədər ingilislərin üstünlüyü hiss olunmurdu. Bizimkilər Avropa nəhəngi fonunda tamamilə üstün görünürdülər. Bu məqamlara baxmaq hətta xoş idi" – deyə mütəxəssis bildirib.

Tuayevin fikrincə ümumi mənzərəni ayrı-ayrı oyunçular pozurdular: "İkinci qol tamamilə qapıçı İbrahim Şehiçin günahı ucbatından buraxıldı. Məhz bu qol bizim komandanı yıxdı. Açıq-aydın görünürdü ki, rəqib bizə yuxarıdan aşağı baxır, sahədə isə xeyli güc sərf etdilər. "Çelsi"nin əsas kozırları isə onun möhtəşəm oyunçuları, həmçinin özünəməxsus italyansayağı mütəxəssis maneraları ilə əla strateq olan Antonio Konte idi".

Sabiq futbolçu qeyd edib ki, görüşün nəticəsi tez-tez səhvlər buraxan yerli oyunçularda xoşagəlməz iz qoydu. Onları isə çox da tənqid etməyə dəyməz.

"Bəli onlar tez-tez çaşqınlıq vəziyyətində qalırdılar. Amma onların kimə qarşı oynadıqlarına da baxmaq lazımdır. Rəqib səhvlər buraxmağa məcbur edirdi. Onların sahənin bütün perimetri boyu pressinq tətbiq etməsi nəyə desən dəyərdi. "Çelsi"nin oyunçuları isə yüksək səviyyəlidirlər. Dəhşətli heç nə baş vermədi. Bundan sonra yaxşı olacaq. Qarşıda özünü yaxşı tərəfdən göstərmək üçün kifayət qədər oyun var" – Tuayev əlavə edib. 

Kazbek Tuayev 13 noyabr 1940-cı ildə Azərbaycanda anadan olub. Bakının "Lokomativ" (1954 — 1959), Nalçikin "Spartak" (1959 — 1960), Bakının "Neftçi" (1961 — 1970, 1971 — 1972), Orconikidzenin "Spartak" (1970) klublarında oynayıb. İki oyununu da SSRİ yığmasında keçirib. Azərbaycan, Rusiya və Tunisin ("Kleb Afriken") klublarının baş məşqçisi işləyib. Bakı "Neftçi"sinin (1983 — 1984, 1996 — 1997, 2004) və Azərbaycan yığmasının (1995 — 1997, 2002) baş məşqçisi olub. Hazırda Azərbaycanın Futbol Məşqçiləri Şurasına rəhbərlik edir. 2000-ci ildə AR-nın "Şöhrət" ordeni ilə təltif edilib.

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində çıxış edən ilk Azərbaycan komandasıdır. Azərbaycan çempionu C qrupunda yer alıb və onun rəqibləri İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və İtaliyanın "Roma" klublarıdır. Çempionlar Liqasında qrup mərhələsinin oyunları 12 sentyabr — 6 dekabr tarixlərində keçiriləcək.

165
Mövzu:
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində (12)
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

30
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

30
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

0
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

0
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN