Ramil Şeydayev, arxiv şəkli

"İstəyirəm ki, "Qarabağ" qrupun ilk sensasiyasını yaratsın"

272
Ramil Şeydayev: "Qarabağ"ın Çempionlar Liqasında oynaması özü böyük nailiyyətdir, amma bununla kifayətlənmək olmaz, daha irəliyə getmək lazımdır

BAKI, 12 sentyabr — Sputnik. "Qarabağ" futbol komandasının yeni forvardı, Sankt-Peterburq "Zenit"inin yetirməsi Ramil Şeydayev Çempionlar Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində İngiltərənin "Çelsi" komandası ilə oynamaq üçün Londona getməmişdən əvvəl Sputnik Azərbaycan-ın müxbirinə müsahibə verib.

"Çempionlar Liqası bütün futbolçuların oynamağı arzuladıqları turnirdir. Əlbəttə ki, mən də istisna deyiləm. Bu, Avropanın ən yaxşı klub turniridir və orada çıxış etmək istənilən komanda və futbolçu üçün böyük təcrübədir" — deyə Şeydayev bildirib. O qeyd edib ki, "Qarabağ" burada ilk dəfə oynayacaq və bu, özü-özlüyündə böyük nailiyyətdir, amma bununla kifayətlənmək olmaz və daha irəliyə getmək lazımdır.

21 yaşlı forvard hesab edir ki, komandanın düşdüyü qrup turnirin ən çətin qruplarından biridir, "amma bu, ümidsizlik üçün əsas ola bilməz".

"İndidən demək çətindir ki, biz bu qrupda neçə xal yığacağıq, amma mümkün qədər çox xal toplamaq lazımdır. С qrupu "Çelsi", "Roma", Atletiko" miqyaslı rəqiblərlə heç kəs üçün asan deyil" — deyə futbolçu bildirib.

Qarabağ futbol komandasının yeni fovardı, Ramil Şeydayev
"Qarabağ" futbol komandasının yeni fovardı, Ramil Şeydayev

Şeydayev "aristokratlar"la Londonda keçiriləcək ilk matçdan əvvəl komandadakı əhval-ruhiyyəni də təsvir edib: "Qrupun bütün çətinliyinə baxmayaraq, Londona yaxşı əhval-ruhiyyədə, oyuna tam konsentrasiya olunmuş vəziyyətdə gedirik. Nə qədər qəribə görünsə də, mən çox istəyirəm ki, ilk matçda məhz "Qarabağ" qrupun ilk sensasiyasını yaratsın. Biz bunu bacara bilərik" — deyə gənc futbolçu öz emosiyalarını biruzə verib.

Onu Ağdam klubunun start heyətində nə vaxt görə biləcəyimiz barədə suala cavabında isə Şeydayev deyib: "Düşünmürəm ki, bu suala mən cavab verməliyəm. Nə vaxt məşqçimiz qərar versə ki, mən buna hazıram, onda görəcəksiz".

"Qarabağ" Azərbaycanın ilk futbol klubudur ki, Çempionlar Liqasının qrup mərhələsinə çıxıb. Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun ilk oyunu bu gün Londonun "Stemford Bric" stadionunda "Çelsi" ilə "Qarabağ" arasında olacaq.

Azərbaycan çempionu Çempionlar Liqasında C qrupuna düşüb. Onun rəqibləri isə İngiltərə "Çelsi"si, İspaniya "Atletiko"su və İtaliya "Roma"sıdır. Liqanın qrup mərhələsinin oyunları 12 sentyabr — 6 dekabr dövrünü əhatə edir.

272
Mövzu:
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində (12)
Əlaqədar
"Qarabağ"a taktiki yox, psixoloji motivasiya lazımdır"
"Çelsi"nin baş məşqçisi "Qarabağ"la oyuna çıxaracağı heyəti açıqladı
"Qarabağ" "döyüş"ə hazırdır
"Qarabağ"ın hesabına pul köçürüldü