Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qalmaqallı transfer baş tutmadı

© AP Photo / Andres KudackiArda Turan
Arda Turan - Sputnik Azərbaycan
Abunə olmaq
“Futbolu idarə etmək çətindir. Kütləni məmnun etməlisiniz”

BAKI, 8 sentyabr — Sputnik. İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turanın Türkiyə “Qalatasaray”ına keçidi baş tutmayıb.

“Report” “Fanatik”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində İstanbul təmsilçisinin prezidenti Dursun Özbək bildirib. 

O, transfer işlərini bitirdiklərini söyləyib: "Qalatasaray" olaraq transfer dönəmini bağladıq”.

Klub rəhbəri "Arda Turan transferindən imtina etmənizin səbəbi azarkeşlərdir" sualına belə cavab verib: “Futbolu idarə etmək çətindir. Kütləni məmnun etməlisiniz”.

Qeyd edək ki, bu gün Kataloniyanın RAC 1 radiosu Arda Turanın icarə əsasında 2 il “Qalatasaray”ın formasını geyinəcəyinə dair məlumat vermişdi. “Barselona"nın baş məşqçisi Ernesto Valverde İspaniya klubu ilə 3 illik müqaviləsi olan 30 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olmadığını açıqlayıb.

Xəbər lenti
0