QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident: "Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib
İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Qarabağ"ın qələbəsi təkcə idman qələbəsi deyil, bunun böyük mənası var"

BAKI, 24 avqust — Sputnik. "Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılıb. "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Tarixi qələbə münasibətilə hamınızı ürəkdən təbrik edirəm". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri "Qarabağ" futbol komandasının üzvlərini qəbul edən prezident İlham Əliyev deyib.

İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib - Sputnik Azərbaycan
İDMAN
"Ağdamın işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər"

O bildirib ki, komanda Azərbaycan xalqına qələbə sevinci bəxş edib: "Gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir. Bu tarixi qələbə, eyni zamanda, ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan "Qarabağ" komandası qazanıb. "Qarabağ" komandası Qarabağın adını daşıyır, işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə, bu qələbənin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq idman qələbəsi yox, dövlətimizin, Azərbaycan gəncliyinin qələbəsidir.

Biz döyüş meydanlarında, idman meydanlarında da qələbə qazanırıq. Necə ki, ötən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri qəhrəmanlıq, şücaət göstərərək torpaqların bir hissəsini işğalçılardan azad ediblər. O torpaqlarda indi həyat qaynayır, vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıb, qururlar, yaradırlar, yaşayırlar. Bu torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır. Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinir və fəxr edir ki, ki, Azərbaycan komandası, xüsusilə Qarabağ adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub".

Xəbər lenti
0