İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib

"Ağdamın işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər"

35
Prezident: "Çox ədalətlidir ki, məhz "Qarabağ" klubu bu qələbə imza atdı"

BAKI, 24 avqust — Sputnik. "Bu gün Azərbaycanın "Qarabağ" futbol klubu dünyanın məşhur idman komandaları ilə yarışır və gələcəkdə də yarışacaq. Bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın "Qarabağ" klubu haqqında verilişlər gedir. "Qarabağ" futbol klubunun qələbəsi ölkəmizin təbliğində önəmli hadisədir".

İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, "Qarabağ" futbol klubunun üzvlərini qəbul edən prezident İlham Əliyev belə deyib. Prezident qeyd edib ki, bununla bütün dünya yenə də Qarabağın Azərbaycan torpağı olduğunu görür.

"Ağdam şəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Biz öz torpağımızda yaşayırıq və hamımız torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayırıq. Hər bir qələbə və istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır" — Prezident vurğulayıb.

"Ötən ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız bizə imkan verir ki, döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək. İdmanda da belədir. İdman sevincini idmançılar bizə bəxş edir. Bu tarixi qələbədir, tarixə yazılıb. Çox ədalətlidir ki, məhz "Qarabağ" klubu bu qələbə imza atdı. Əminəm ki, qrup mərhələsində də ölkəmizi uğurla təmsil edəcəksiniz" — dövlət başçısı əlavə edib.

35
Teqlər:
"Qarabağ" futbol klubu, prezident İlham Əliyev, komanda, Azərbaycan
Əlaqədar
“Qarabağ” üçün doğma və rəqib meydan anlayışı yoxdur"
İlham Əliyevdən "Qarabağ" futbol klubuna jest
"Qarabağ"ı "Məhsul"dan Çempionlar Liqasına aparan yol
“Qarabağ”ın uğuru Türkiyə telekanalında belə şərh edildi
Ağdamda Cümə məscidi

"Qarabağ"ın futbolçuları Ağdam məscidində ibadət etdilər "İmarət" stadionunda oynadılar

32
(Yenilənib 16:55 28.11.2020)
"Qarabağ" futbol klubunun üzvləri bu gün Ağdamda Cümə məscidini ziyarət ediblər və "İmarət" stadionunda simvolik futbol oynayıblar.

BAKI, 28 noyabr — Sputnik. "Qarabağ" klubu bu gün təmsil etdiyi Ağdam şəhərinə səfər edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, səfərdə klub rəhbərliyi ilə yanaşı məşqçilər və futbolçular da yer alıb.

Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıblar.

Sonra Ağdam klubu doğma meydanda ("İmarət" stadionunda) simvolik olaraq futbol oynayıb.

Simvolik matç Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində baş tutub.

"Qarabağ"ın legionerləri də Ağdam şəhərinə aparılıb.

  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
1 / 3
© Photo : APA
“Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb

Bu, Qarabağ" futbol klubunun 27 ildən sonra işğaldan azad edilmiş Ağdama ilk səfəridir.

Komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, "Qarabağ" adı ilə ilk dəfə 1987-ci ildə yaşıl sahələrə çıxmağa başlayıb. 

Ağdam noyabrın 20-də 27 illik erməni işğalından azad olunub.

32
Teqlər:
Ağdam, "Qarabağ" FK, Qarabağ
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

30
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

30
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ
Kəlbəcərə mənzərə, arxiv şəkli

Kəlbəcərdə hər il 50 mindən artıq insan müalicə alırdı - Xidmət rəisi

0
(Yenilənib 18:09 29.11.2020)
"Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı"

BAKI, 29 noyabr — Sputnik. Kəlbəcər təkcə filiz və ya qeyri-filiz yataqları ilə deyil, həm də termomineral suları ilə zəngindir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan Ə.Əliyev deyib ki, Kəlbəcərdə "İstisu" və "Tutqun" termal-mineral iri su hövzələri mövcuddur. Onun sözlərinə görə, bu hövzələrin hər birində 4 yataq var: "Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı. Eyni zamanda "İstisu" kurort-sanatoriya kompleksi fəaliyyət göstərirdi".

O deyib ki, Kəlbəcərdə bir ildə 50 mindən artıq insan müalicə alıb, şəfa tapırdılar.

0
Teqlər:
müalicə, termal sular, İstisu, Qarabağ, Kəlbəcər