Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Zidan-Materassi olayı bir daha təkrarlandı

© AFP 2023 / CURTO DE LA TORRE "Barselona" — "Real" (Madrid) matçı - Serxio Ramos (solda) və Lionel Messi
Barselona — Real (Madrid) matçı - Serxio Ramos (solda) və Lionel Messi - Sputnik Azərbaycan
Abunə olmaq
Ulduz futbolçu rəqibi çox ağır şəkildə təhqir etdi

BAKI, 17 avqust — Sputnik. İspaniya Kral kubokunda üz-üzə gələn "Barselona" — "Real" (Madrid) matçında gözdən qaçan bir epizod gündəmə gəlib. Oyun əsnasında Madrid klubunun kapitanı Serxio Ramos, "Barselona"nın argentinalı ulduzu Lionel Messini hövsələdən çıxardıb.

Ramos əlindəki topu Messiyə uzadırmış kimi görünsə də, daha sonra qeyri-etik davranaraq topu əli ilə Messinin başı üzərinə atıb. Hərəkətə qəzəblənən Messi rəqib futbolçuya söyüş işlədib. İspan telekanalları Messinin işlətdiyi kəlimələrin "ana söyüşü" olduğunu bildiriblər. Sputnik həmin görüntüləri təqdim edir:

Xatırladaq ki, oyun "Real" klubunun 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti
0