Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kafe sahibini döyməsi baş məşqçiyə baha başa gəldi

© AFP 2023 / Gent SHKULLAKUFatih Terim
Fatih Terim - Sputnik Azərbaycan
Abunə olmaq
Təcrübəli məşqçinin ailəsi ilə birlikdə kabab yediyi kafenin sahibini döydüyü bildirilirdi

BAKI, 26 iyul — Sputnik. Türkiyə millisinin baş məşqçisi Fatih Terim istefa verib. Sputnik Türkiyə xəbər verir ki, bu barədə məlumatı Türkiyə Futbol Federasiyası yayıb.

"Təcrübəli məşqçi ilə qarşılıqlı anlaşaraq yollarımızı ayırdıq. Biz Fatih Terimə gələcək karyerasında uğurlar arxulayırıq" — Federasiyanın məlumatında qeyd olunur.

Qeyd edək ki, son günlər Fatih Terimin adı əlbəyaxa davada anılmışdı. Təcrübəli məşqçinin ailəsi ilə birlikdə kabab yediyi kafenin sahibini döydüyü bildirilirdi.  Onun bu addımı atmasına səbəb həmin məkanın sahibinin Fatih Terimin yanında xanıma sataşması olub.

Xəbər lenti
0