Karate

İdmançımız Dünya Oyunlarının qızıl medalını qazanıb

32
Rafael Ağayev zədə üzündən yarışa qatıla bilməyib

BAKI, 26 iyul — Sputnik. Azərbaycan karateçiləri Dünya Oyunlarında iştirak edir. Karate Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Polşanın Vrotslav şəhərində nüfuzlu oyunların karate yarışlarında 2 idmançımız iştirak edir.

Ayxan Mamayevlə (-84 kq), Firdovsi Fərzəliyev (-60 kq) Dünya Oyunlarına vəsiqəni ötən ilin payızında Avstriyada Dünya çempionatının mükafatlarına əsasən qazanıblar. 3-cü vəsiqənin sahibi Rafael Ağayev isə zədə üzündən yarışa qatıla bilməyib. Dünən mübarizəyə qoşulan idmançımız Firdovsi Fətəliyev —60 kilo çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Dünya Oyunları yarışlarının qızıl medalına sahib olub.

32
Teqlər:
Dünya Oyunları, karate, Azərbaycan
Əlaqədar
Bakıda "Karate günü" keçirilib
Karateçimiz beşinci dəfə dünya çempionu oldu
Azərbaycanlı karateçi erməni rəqibini məğlub etdi
Azərbaycan karateçiləri dünya çempionatına hazırlaşırlar
Karateçilərimiz Bolqarıstana yola düşürlər
Karateçilərimiz Almaniyadan 6 qızıl medal gətirdilər
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

28
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

28
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

48
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

48
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK
Baş nazir Əli Əsədov

İşğaldan azad olunmuş ərazilərlə bağlı konsepsiya Nazirlər Kabinetində müzakirə edilib

0
Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

 

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

0
Teqlər:
işğaldan azad edilmiş ərazilər, baş nazir, Əli Əsədov, Nazirlər Kabineti