BAKI, 18 iyul — Sputnik. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) vitse-prezidenti, İspaniya Krallığının Futbol Federasiyasının (RFEF) prezidenti Anhel Mariya Vilyar həbs edilib.
Onunla birgə oğlu Qorka da saxlanılıb.
Vilyar İspaniya Ali Məhkəməsinin qərarı əsasında korrupsiya ilə mübarizə əməliyyatı çərçivəsində həbs olunub.
Həbs edilənlər arasında İspaniya Futbol Federasiyasının vitse-prezidenti, Tenerife federasiyasının başçısı Xuan Pardon və vilayət federasiyasının katibi Ramon Ernandes Bassunun adı var.
BAKI, 21 aprel - Sputnik. UEFA AVRO-2020-nin oyunlarını idarə edəcək baş hakimlərin adlarını açıqlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, müvafiq siyahı UEFA-nın saytında dərc olunub. Hakimlərin siyahısı belədir:
Feliks Brıx (Almaniya)
Slavko Vinçiç (Sloveniya)
Orel Qrinfeld (İsrail)
Karlos Del Serro Qrande (İspaniya)
Artur Soareş Diaş (Portuqaliya)
Daniel Zibert (Almaniya)
Sergey Karasev (Rusiya)
Byorn Keypers (Niderland)
İştvan Kovaç (Rumıniya)
Danni Makkelli (Niderland)
Antoniu Mateu Laos (İspaniya)
Maykl Oliver (İngiltərə)
Daniele Orsato (İtaliya)
Entoni Teylor (İngiltərə)
Kleman Tyurpen (Fransa)
Ovidiu Xatseqan (Rumıniya)
Cüneyt Çakır (Türkiyə)
Andreas Ekberq (İsveç)
Bundan əlavə, mübadilə proqramı çərçivəsində ilk dəfə olaraq belə ranqlı yarışda Cənubi Amerikalı hakimlər də iştirak edəcəklər. Argentinalı referi Fernando Rapallini öz briqadası ilə AVRO-2020-nin oyunlarını idarə edəcək, ispan Xesus Xil Mansanonun başçılıq etdiyi briqada isə Amerika Kubokuna qatılacaq.
Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.
UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.
İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.
Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 21 aprel — Sputnik. "Mazda" şirkəti Şanxaydakı avtomobil sərgisində CX-30 modelinin elektrik mühərrikli variantını - CX-30 EV versiyasını nümayiş etdirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, daxili yanma mühərriki əvəzinə e-SkyActiv tipli elektrik mühərriki ilə təchiz olunmuş yeni model tanınmış yapon markasının Çin bazarına təqdim olunmuş ilk elektrokarıdır.
Elektrik mühərrikli CX-30 şirkətin ilk kütləvi istehsal olunan Mazda MX-30 elektrokarı ilə eyni SVA (SkyActiv Vehicle Architecture) platforması əsasında qurulub. Hələ ki şirkət "yaşıl" krossoverin mühərriki barədə məlumatı açıqlamayıb. Lakin yəqin ki, onda da MX-30 modeli ilə yeni mühərrikdən istifadə olunacaq.
143 at gücündə olan elektrik mühərriki həcmi 35,5 kilovatt/saat olan və həm sabit, həm də dəyişən cərəyan şəbəkəsindən doldurula bilən litium-ion batareyasından qidalanır.
Lakin bu batareya birbaşa cəmi 200 km məsafə qət etmək üçün bəs edir. "Mazda"nın mütəxəssisləri avtomobili qəsdən kiçik batareya ilə təchiz etdiklərini bildiriblər. Belə ki, daha iri batareyalar ətraf mühitə ciddi ziyan vurur.
Qeyd olunur ki, yeni CX-30 EV öz yanacaqla işləyən sələfindən təkcə mühərriki ilə fərqlənmir. Belə ki, krossoverin zahiri görünüşündə də dəyişikliklər baş verib. Avtomobilin banı bir qədər daha hündürdə durur, qabaq bamperdə əlavə "dodaq", ayaqaltılar və təkər kəsiklərinin daha da relyefli olması krossoveri bir az da cazibədar edir.
Mazda CX-30 EV bu şirkətin Çin bazarna təklif olunan ilk elektrokarıdır. Yeni avtomobil "Changan Automobile" və "Mazda Motor"un birgə müəssisəsində yığılacaq. Onun satışına isə cari ilin ikinci yarısında başlanacaq.