Lionel Messi, arxiv şəkli

Ulduz futbolçu "Barselona" ilə yoluna davam edəcək

21
Messinin hər il üçün ispan klubundan 30 milyon avro alacağı bildirilir

BAKI, 5 iyul — Sputnik. İspaniyanın "Barselona" futbol klubu argentinalı hücumçusu Lionel Messi ilə müqaviləni yeniləyib. Sputnik Azərbaycan "Mirror"a istinadən xəbər verir ki, 30 yaşlı ulduz futbolçu daha 4 il "Barselona"nın formasını geyinəcək. Messinin hər il üçün ispan klubundan 30 milyon avro alacağı bildirilir.

Hələ də "Barselona" və La Liga tarixinin ən qolçu oyunçusu olan Lionel Messi, Kataloniya klubu ilə 8 La Liga və 4 Çempionlar Liqası çempionluğu qazanıb. Bundan başqa Messi 5 dəfə də "Qızıl Top" mükafatına layiq görülüb.

21