Reyhan Məmmədova

Azərbaycanlı idmançı faciəli şəkildə öldü

391
(Yenilənib 14:13 29.06.2017)
Gənc idmançı aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib

BAKI, 29 iyun — Sputnik. Azərbaycanlı idmançı avtomobil qəzasına düşüb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev xəbər verib.

O bildirib ki, dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində — SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında, Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən, 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. İdmançı hadisə yerində keçinib.

Qeyd edək ki, R. Məmmədova 2015-2016-ı illərdə qayayadırmanma idman növü üzrə ölkə çempionu olub. Eyni zamanda bir çox ölkədaxili yarışlarda qaliblır sırasında yer alıb.

391
Teqlər:
Reyhan Məmmədova, avtomobil qəzası, idmançı
Əlaqədar
Döyüş idmançımızın xeyrinə başa çatıb
İdmançımız 3-cü pillədə qərarlaşdı
İdmançılarımızın böyük uğuru
Ən çox qazanan idmançılar bunlardır
Məşhur idmançımızla bağlı yayılan xəbərə aydınlıq gətirildi