Red Bull Racing komandasının pilotu Daniil Kvyat

Baş nazirin müavininin dəstəklədiyi pilot yarışmanı dayandırdı

29
Daniil Kvyat avtomabilində baş verən texniki nasazlığa görə yarışmanı dayandırmaq məcburiyyətində qalıb

BAKI, 25 iyun — Sputnik. Bu gün Formula-1 üzrə dünya çempionatının yeddinci mərhələsinə — Azərbaycan Qran-Prisinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, “Toro Rosso”komandasının pilotu, Daniil Kvyat avtomabilində baş verən texniki nasazlığa görə yarışmanı  dayandırmaq məcburiyyətində qalıb. 

Bir müddət öncə Rusiya baş nazirinin müavini Dmitri Kozak rusiyalı pliot Kvyatı dəstəklədiyini bildirmişdi.

Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparır. Hər komanda iki pilotla təmsil olunur. Ötən gün keçirilən sıralanma turundan sonra Qran-Prinin start düzülüşü belədir: Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Kimi Raykkonen, Sebastian Fettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (“Red Bull Racing”), Serxio Peres, Esteban Okon (hər ikisi “Force India”), Lans Stroll, Felipe Massa (“Williams”), Daniel Rikkiardo (“Red Bull Racing”), Kevin Maqnussen (“Haas”), Niko Hulkenberq (“Renault”), Paskal Verlayn (“Sauber”), Karlos Sains (“Toro Rosso”), Romen Qrojan (“Haas”), Markus Eriksson (“Sauber”), Stoffel Vandorn (“McLaren”), Fernando Alonso (“McLaren”) və Colion Palmer (“Renault").

29
Mövzu:
Formula 1 Azərbaycan Qran-Prisi (26)