Formula 1 yarışları

Formula 2-nin növbəti yarışı başladı

25
(Yenilənib 00:09 26.06.2017)
Yürüş 12 dövrə və ya 45 dəqiqə davam edəcək

BAKI, 25 iyun — Sputnik. Paytaxt Bakıda Formula 2 üzrə ikinci yarışa (8-ci mərhələ) start verilib. Sputnik Azərbaycan xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandada iki pilot mübarizəyə qoşulur.

Yürüş 12 dövrə və ya 45 dəqiqə davam edəcək.

Qeyd edək ki, “PREMA Racing” komandasının pilotu monakolu Şarl Lekler Bakıda Formula 2 üzrə birinci yarışın (7-ci mərhələ) qalibi olub. Ş.Lekler 1 dəqiqə 54,025 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. “Rapax” komandasının pilotu Nik de Vris yarışı ikinci, DAMS-ın kanadalı sürücüsü Nikolas Latifi isə üçüncü pillədə başa vurublar.

25
Mövzu:
Formula 1 Azərbaycan Qran-Prisi (26)