Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ferstappen ikinci sərbəst yürüşdə də ən yaxşı nəticə göstərib

© Sputnik / Murad OrujovFormula-1
Formula-1 - Sputnik Azərbaycan
Abunə olmaq
“Red Bull” komandasının pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib — 1:43.362

BAKI, 23 iyun — Sputnik. Formula 1 üzrə Azərbaycan Qran Prisinin ikinci sərbəst yürüşünə yekun vurulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, ilk sərbəst yürüşdə olduğu kimi, bu dəfə də “Red Bull” komandasının pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib — 1:43.362. Onun idarə etdiyi bolid sessiyanın başa çatmasına 35 saniyə qalmış səddə dəyib dayansa da, bu, hollandiyalının birinci olmasına mane olmayıb.

Sıralamada Valterri Bottas (Mercedes AMG) ikinci, Daniel Rikkardo (Red Bull) isə üçüncü yeri tutub.

Qeyd edək ki, ilk sərbəst yürüşdə ən yaxşı nəticəni “Red Bull” komandasının pilotu Maks Ferstappen göstərib — 1:44.410. Daniel Rikkardo (Red Bull) ikinci, Sebastyan Fettel (Ferrari) isə üçüncü olub. Sonuncu sərbəst yürüş iyunun 24-də sıralama turundan 3 saat əvvəl, yəni saat 14:00-da olacaq.

İyunun 25-də keçiriləcək Qran Pirinin həlledici mərhələsi saat 17:00-da start götürəcək.

Xəbər lenti
0