Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi

Onlar Azərbaycanda birinci olmaq üçün bu yarışa başlayıblar

22
(Yenilənib 14:18 21.06.2017)
Gənclər və İdman nazirliyi ilə birgə təşkil edilən və 100-ə yaxın idmançının iştirak etdiyi yarışın ilk günündə velosipedçilər fərdi ötüşmədə mübarizə aparıblar

BAKI, 21 iyun — Sputnik. İsmayıllıda velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi start götürüb.

  • Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    © Photo : AVİF mətbuat xidməti
  • Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    © Photo : AVİF mətbuat xidməti
  • Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    © Photo : AVİF mətbuat xidməti
  • Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    © Photo : AVİF mətbuat xidməti
  • Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    © Photo : AVİF mətbuat xidməti
  • Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi
    © Photo : AVİF mətbuat xidməti
1 / 6
© Photo : AVİF mətbuat xidməti
Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, Gənclər və İdman nazirliyi ilə birgə təşkil edilən və 100-ə yaxın idmançının iştirak etdiyi yarışın ilk günündə velosipedçilər fərdi ötüşmədə mübarizə aparıblar. Qızlar — 10 km, yeniyetmələr (2003-2004) — 10 km, yeniyetmələr (2001-2002) — 10 km, gənclər — 25 km növlər üzrə mübarizə aparıblar.

Qeyd edək ki, iyunun 21-22-də velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar. Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.

22
Teqlər:
Azərbaycan çempionatı, Beynəlxalq Velosipedçilər İttifaqı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və idman nazirliyi, İsmayıllı, Azərbaycan
Əlaqədar
Velosipedçi qəzada öldü
Rusiyalı velosipedçi Azərbaycan vətəndaşlığını qəbul edib
Göyçayda avtomobil velosipedçini vuraraq öldürüb
Fernando Alonso Bakını velosipedlə gəzdi və ona valeh oldu
Şəhriyar Məmmədyarov, arxiv şəkli

Azərbaycan millisi Türkiyəni onlayn matçda darmadağın edir

839
(Yenilənib 18:31 10.08.2020)
Azərbaycan yığmasının tərkibindəki ən uğurlu şahmatçılar - dörd mümkün xaldan üçünü yığan Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır

BAKI, 10 avqust — Sputnik, Teymur Tuşiyev. Azərbaycan şahmat yığması Türkiyə komandasına qarşı onlayn yoldaşlıq oyununda rəqibləri darmadağın etməkdədir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, hər iki komanda ümumi hesabda altı matç keçirəcək. Vaxt hər bir gedişdən sonra 5 saniyə əlavə olmaqla 15 dəqiqə təşkil edir.

Dörd oyundan sonra Azərbaycan şahmatçıları 16,5:7,5 hesabı ilə irəlidədirlər. Oynanılan dörd oyundan yalnız dördüncü oyun sülh yolu ilə yekunlaşıb (3:3), qalan görüşlərdə Azərbaycan yığması 4,5:1,5, 4:2 və 5:1 hesabı ilə qələbə qazanıb.

Hələlik Azərbaycan yığmasının tərkibində ən uğurlu oyunçular Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır. Onlar dörd partiyanın hamısında oynayıblar və hərəsində üç xal qazanıblar.

Günay Məmmədzadə əvəzedicisiz oynayıb, lakin onun aktivində 2,5 xal var. Türkiyə yığmasının heyətində isə hələlik ən yaxşı nəticəni dörd partiyada iki xal toplayan Draqan Solak göstərib.

Bu gün Azərbaycan və Türkiyə yığmaları daha iki oyun oynayacaq. Nəzəri baxımdan Türkiyə şahmatçıları Azərbaycan yığmasına çata bilərlər, lakin komandaların sinfindəki fərqi nəzərə alsaq, qalan iki turda bu, mümkün deyil.

839
Əlaqədar
Karantin dövrünün idmançıları: Video hazırlayan kim, xarici dil öyrənən kim...
Oyunçu aparsın - Karantin zamanı populyarlaşan oyunlar
Karantindir, nə olsun? Azərbaycanda 15 minlik mükafatı olan rəsmi yarış başlanır
Məhəmmədrəsul Məcidov, arxiv şəkli

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır

1267
(Yenilənib 17:21 09.08.2020)
Azərbaycanlı peşəkar boksçu hazırkı dünya çempionu Entoni Coşua ilə mübarizə aparmaq arzusundadır. Lakin onunla görüşdən əvvəl titul uğrunda beş döyüş keçirməlidir.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Azərbaycanlı peşəkar boksçu Məhəmmədrəsul Məcidov Moskva yaxınlığında avqustun 22-də britaniyalı Dilian Uaytla döyüşəcək məşhur rusiyalı boksçu Aleksandr Povetkinlə iki həftəlik təlim-məşq toplanışı keçirib. Sputnik Azərbaycan-la müsahibəsində Məcidov Povetkinlə birgə məşqlərdən və gələcək planlarından danışıb.

- Povetkinlə məşq keçmək ideyası necə yarandı?

- Biz bilirdik ki, Povetkin avqustun 22-də Dilian Uaytla mübarizə aparmalıdır və onun sparrinq-tərəfdaşlara ehtiyacı olacaq. Mən öz menecerimə təklif etdim ki, onun nümayəndələri ilə birgə təlim-məşqlər keçirilməsi barədə danışıq aparsın. Nəticədə razılığa gəlmək mümkün oldu.

Şübhəsiz ki, belə təcrübəli boksçu, Olimpiya çempionu ilə məşqlərim mənə böyük fayda gətirib, mən ondan çox faydalı şeylər götürmüşəm. O da həmçinin mənimlə məşq etdiyi üçün çox minnətdardır, çünki mənim iştirakımla olan sparrinq onun üçün də faydalı olub.

- Sparrinqlər necə keçdi?

- Biz birlikdə yaxşı işlədik. Əsasən, mən ona Dilian Uaytla döyüşə hazırlaşmağa kömək edirdim, ona görə də onun travma almaması üçün maksimum səy göstərirdim.

- Povetkinin qarşıdakı döyüşdəki şansını necə qiymətləndirirsiniz?

- Onun yaxşı qələbə şansı var. O, çox təcrübəli boksçudur və bu, ona kömək etməlidir. Əlbəttə, rəqib də hədiyyə deyil, amma hamımız bilirik ki, Saşa fiziki və mənəvi cəhətdən çox güclüdür, tez-tez xarakter döyüşlərini qazanır.

- Siz onunla eyni çəki kateqoriyasında çıxış edirsiniz. Onunla döyüş keçirmək barədə heç düşünməmisiniz?

- Onunla döyüşmək mənim üçün hələ maraqlı deyil. Povetkinin yanında bir çox digər boksçular var ki, mən onları məğlub etməliyəm. Həm də məni onunla dostluq münasibətləri bağlayır. Birlikdə sparrinq edən döyüşçülərin çoxu adətən bir-biri ilə rəsmi döyüşlər keçirmirlər. Povetkin yolumun üstündə dayanmır, mənə nəyəsə nail olmaq üçün ona qalib gəlmək lazım deyil. Mənə qalxmağa imkan verəcək digər boksçularla görüşlər keçirmək daha vacibdir.

- Kimləri məğlub etmək istərdiniz?

- İlk növbədə, hazırkı dünya çempionu Entoni Coşuanı. Deyim ki, o da mənimlə mübarizə aparmaq istəyir. Amma onunla döyüşə çıxmazdan qabaq mən titul uğrunda beş döyüş keçirməliyəm. Bu, bir çox amillərdən asılıdır. Həm də dünya çempionunun reqlamentinə görə, mütləq titulun müdafiəsi həyata keçirilməlidir.

Bundan başqa, mənə Povetkinin rəqibi - britaniyalı Uaytla döyüşmək maraqlı olardı. Böyük hesabla götürsək, kiminlə döyüşməyimin mənim üçün fərqi yoxdur. Peşəkar boksda zirvəyə çatmaq üçün istənilən rəqiblə mübarizə aparmağa hazıram. Ən yaxşıları ilə bokslaşmaq istəyirəm.

- Sizin növbəti döyüşünüzlə bağlı məsələlər aydınlaşıbmı?

- Hələlik bu barədə dəqiq məlumat yoxdur. Məsələ bundadır ki, hazırda koronavirus pandemiyası səbəbindən tamaşaçıların boks şoularını ziyarət etməsi qadağandır. Həm də axşam döyüşlərinin sayı azaldılıb. Buna görə boks axşamlarının iştirakçıları sırasına düşmək üçün rəqabət artıb.

Mənim növbəti döyüşüm sentyabr ayının ortalarında və ya sonunda keçirilə bilər. Ancaq payızın ilk günlərində də rinqə çıxa bilərəm. Hətta indi də istənilən döyüşə hazıram. Amma koronavirus səbəbindən hələ heç bir aydınlıq yoxdur, çünki bir çox ölkələrin sərhədləri bağlıdır. Bundan əlavə, tezliklə vizaları yeniləmək üçün Azərbaycana gəlmək lazımdır.

1267
İstanbul mənzərəsi, arxiv şəkli

Türk xalqının seçimi Azərbaycanın da xeyrinə olacaq - SORĞU

24
(Yenilənib 19:25 13.08.2020)
Türkiyədə prezident seçkiləri ilə bağlı keçirilən "Cumhurbaşkanı kim olsun" sorğu anketində muxalifətçi seçicilər Mansur Yavaşa üstünlük veriblər.

BAKI, 13 avqust — Sputnik. Türkiyənin ADA araşdırma şirkəti seçicilərin ölkənin növbəti prezidenti postunda kimi görmək istədiklərinə aydınlıq gətirmək məqsədilə sorğu keçirib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, "Cumhurbaşkanı kim olsun" anketində muxalifətdən olan seçicilər Mansur Yavaşa üstünlük veriblər.

ADA-nın sorğu anketlərinin nəticələrinə əsasən, birinci yerdə rəqiblərindən böyük səs fərqi ilə hazıkı prezident Rəcəb Tayyib Ərdoğan qərarlaşıb. Muxalif təbəqənin seçimi isə Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mansur Yavaş olub. İstanbulun Bələdiyyə Başqanı Əkrəm İmamoğlu Yavaşdan sonra üçüncü sırada yer alıb.

Sorğu anketlərinin nəticələrinə görə, Ərdoğanın ən yaxın rəqibi Mansur Yavaş hesab olunub.

Son dövrlərdə Türkiyədə gündəmdən düşməyən erkən seçkilərlə bağlı müzakirələr ictimai rəyi öyrənən sorğu şirkətlərini də hərəkətə gətirib. Keçirdiyi sorğunun nəticələrini ictimaiyyətlə paylaşan son şirkət ADA olub. Şirkət apardığı anket sorğuda respondentlərə "Bu bazar günü prezident seçkiləri olsa, hansı namizədə səs verərsiz?" sualını ünvanlayıb. Sorğuların nəticələrinə görə, Ərdoğan ümumi səslərin 43,2 faizini toplayaraq birinci olub. İkinci yerdə qərarlaşan Mansur Yavaş isə səslərin 14%-ni qazanıb.

İstanbul Büyükşəhər Bələdiyyəsinin başqanı seçiləndən sonra kulislərdə muxalifətin prezidentliyə namizədi kimi adı hallanan Əkrəm İmamoğlu isə respondentlərin yalnız 13.8%-nin rəğbətini qazanıb.

Sorğunun nəticələrinə görə, İyi Partinın lideri Meral Akşənər dördüncü (6,8%), HDP lideri Səlahəddin Dəmirtaş (5,7%) beşinci, MHP lideri Dövlət Baxçalı (4,2%) altıncı, prezidentliyə keçmiş namizəd, CHP üzvü Məhərrəm İncə (3,7%) yeddinci, DSP sədri Əli Babacan (3,4%) səkkizinci, sabiq xarici işlər naziri Əhməd Davudoğlu (1,7%) doqquzuncu, ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıcdaroğlu (1,2%) isə onuncu yerdə qərarlaşıb.

24