Итоги Гран-При Европы Формула-1

Formula 1 Azərbaycan Qran Prisinin yarış cədvəlinin detalları bəlli olub

64
Cədvələ əsasən tamaşaçıların dənizkənarı bulvar ərazisində yerləşən Formula 1 şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-i saat 14:00-dan etibarən icazə veriləcək

BAKI, 17 iyun — Sputnik. 22-25 iyun tarixlərində Bakıda növbəti dəfə baş tutacaq Formula 1 yarış həftəsonunda keçiriləcək tədbirlərin saatları artıq müəyyənləşib.

Cədvələ əsasən tamaşaçıların dənizkənarı bulvar ərazisində yerləşən Formula 1 şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-i saat 14:00-dan etibarən icazə veriləcək, 23-25 iyun tarixlərində isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər. Formula 1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim yarış həftəsi ərzində konsert proqramları ilə yanaşı müxtəlif əyləncəli tədbirlərin keçiriləcəyini bildirib: "Biz bu il qarşınıza daha zəngin əyləncə proqramı ilə çıxaraq sizlərə açıq havada möhtəşəm bayram əhval-ruhiyyəsi yaşadacağıq. Əyləncə zonalarında təşkil olunmuş müxtəlif növ proqramlarda iştirak edərək yarış həyəcanını əyləncə coşğusu ilə birlikdə yaşaya biləcəksiniz. Burada həmçinin siz Formula 1 dünyası ilə yaxından tanış olaraq ailənizlə birlikdə bir-birindən əyləncəli tədbirlərə qatılmaq imkanına sahib olacaqsınız. Hamınızı əyləncə zonalarında baş tutacaq rəngarəng tamaşalarda əylənərək yarış həftəsonunu zövqlə yaşamağa dəvət edirik."

Formula 1 ilə yaxından tanışlıq

Dördgünlük bilet alan tamaşaçılar 22 iyunda saat 19:00-dan 20:30-dək Pit Yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Şəhərciyində Abşeron tribunasının yanında olacaqdır.

Bundan başqa, Formula 1 Şəhərciyində Azərbaycan Qran Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 23-25 iyun tarixlərində saat 11:00-da başlayaraq günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və onlardan avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli komandaları ilə görüşü üçün məkana erkən gəlmələri məsləhət görülür.

Eyni zamanda tamaşaçılar dənizkənarı bulvar ərazisində yerləşən Oyun Zonalarında quraşdırılmış simulyatorlarda sürücülük bacarığını sınamaqla yanaşı Pit-stop yarışında iştirak edərək əyani şəkildə Formula 1 təcrübəsinə yiyələnə biləcəklər.

Azərbaycan mədəniyyətinin inciləri birarada

Dənizkənarı bulvar zonasında salınan Azərbaycan Mədəniyyəti guşəsində avtoidman həvəskarlarına müxtəlif məşğələlər vasitəsilə Azərbaycan xalqının milli ənənələri və incəsənət nümunələri, o cümlədən xalçaçılıq, dulusçuluq, nəqqaşlıq və oyma sənətinin incəlikləri təqdim olunacaq. Tamaşaçılar onlar üçün burada təşkil olunan atelyelərdə arzuladıqları sənət üzrə öz bacarıqlarını sınaya biləcəklər.

Bir-birindən zövqlü səyyar şoular

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşğusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara akrobatlar, Spandy Andy, robotlar, pantomima aktyorları və ağacayaqların orijinal tamaşaları, şar, köpük və velosiped şouları, eləcə də digər maraqlı nömrələr daxildir.

Azyaşlılar üçün əyləncə mərkəzi

Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar onlar üçün burada təşkil olunmuş interaktiv və maarifləndirici oyunlarda iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

Əyləncəli proqramlar Sahil və Sabir parklarında yerləşən zonalarda da olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Sahil və Sabir parklarına aşağı qiymətə biletlər təklif edir. Bu biletlər yalnız bu parklara daxil olmağa icazə verəcək. Burada əyləncə tədbirləri iyunun 23-ü saat 11:30-dan 19:30-dək, iyunun 24-ü saat 11:00-dan 19:00-dək və iyunun 25-i saat 11:00-dan 14:00-dək davam edəcək. Bu zonalarda tamaşaçılara nağara şousu, müxtəlif ölkələrin milli rəqsləri, şar ustasının əl işləri və məşhur yerli DJ-lərin çıxışları təqdim olunacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tamaşaçıların büdcəsinə uyğun olaraq Azərbaycan Qran Prisinə müxtəlif qiymətə biletlər təklif edir. Yarış həyəcanını yaxından yaşamaq istəyən tamaşaçılar biletləri şəhərin kassalarından əldə edə bilərlər. Bilet seçimləri haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycurcuit.com.

64
Mövzu:
Formula 1 Azərbaycan Qran-Prisi (26)
Əlaqədar
Formula 1 ilə bağlı şəhərdə bu dəyişikliklər olacaq
Bakı Formula-1-ə necə hazırlaşır
"Formula 1"i izləyə bilmək üçün yeni imkanlar yaradılır
Jurnalistlər Formula-1-in qaydaları ilə tanış oldular
"Formula-1"in əfsanəsi Bakıdadır
Dieqo Armando Maradona, arxiv şəkli

Əfsanəvi Dieqo Maradona vəfat etdi

58
(Yenilənib 20:55 25.11.2020)
Dieqo Maradona 1986-cı ildə Argentina yığmasının futbol üzrə dünya çempionu olmasında həlledici rol oynayıb.

BAKI, 25 noyabr - Sputnik. Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona dünyasını dəyişib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, argentinalı hücumçu 60 yaşında vəfat edib. O, bir neçə gün əvvəl La-Plata klinikasında beyin əməliyyatı keçirdiyinə baxmayaraq, ölümü başqa səbəbdən olub. Maradona infarktdan həyatını itirib. 

Dieqo Maradona 1986-cı ildə Argentina yığmasının dünya çempionu olmasında həlledici rol oynayıb.

Dieqo Armando Maradona 1960-cı il oktyabr ayının 30-da Argentinanın Villa Fiorito şəhərində anadan olub. Futbol karyerasına 10 yaşından başlayıb. 1976-cı ildə "Argentinos Xuniors" klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb.

O, 1982-ci ildə o dövr üçün rekord məbləğə – 4 milyon dollara İspaniya "Barselona"sına transfer olub. İki il sonra İtaliya "Napoli"sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb. O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə İtaliya çempionatı matçından sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb. İki il sonra İspaniya "Sevilya"sına transfer olan futbolçu 1994-cü il dünya çempionatında forma geyib. Lakin onun yenə qadağan olunmuş dərman preparatı qəbul etdiyi ortaya çıxdığından, 15 aylıq diskvalifikasiya olunaraq, yarışdan kənarlaşdırılıb.

Cəzalı olduğu müddətdə o, vətənində "Deportivo Mandiyu" və "Rasinq" klublarında baş məşqçi kimi çalışıb, diskvalifikasiyası başa çatdıqdan sonra isə o, "Boka Huniors"a qayıdıb. Lakin kokain aludəçiliyindən qurtula bilməməsi üzündən 1997-ci ildə futbolçu karyerasını başa vurub.

Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. O, ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

58
Teqlər:
Argentina, hücumçu, Dieqo Maradona, Vəfat
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

42
(Yenilənib 21:08 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad Məmmədovun səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

42
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0