Formula 1

Bu əyləncə proqramı hər kəsin marağına səbəb olacaq

44
(Yenilənib 16:52 14.06.2017)
Formula 1 Azərbaycan Qran Prisinin tamaşaçıları üçün zəngin əyləncə proqramı hazırlanıb

BAKI, 14 iyun — Sputnik. Dənizkənarı bulvar ərazisində yerləşən əyləncə zonlarında keçiriləcək konsert proqramlarında dünya ulduzları ilə yanaşı yerli gənc istedadlar da çıxış edəcəklər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2017 Formula 1 Azərbaycan Qran Prisini izləməyə gələn tamaşaçılar üçün dördgünlük geniş əyləncə proqramı hazırlayıb. Proqramın detalları artıq tam müəyyənləşib. Belə ki, əyləncə proqramı 22-25 iyun tarixlərini əhatə edir və proqramda nəzərdə tutulan bütün tədbirlər dənizkənarı bulvar ərazisi ilə yanaşı Sahil və Sabir parklarında yerləşən əyləncə zonalarında baş tutacaq. Əyləncə proqramı 22 iyun tarixində saat 14:00-dan 22:00-dək davam edəcək, 23-25 iyun tarixlərində isə səhər saat 10:00-da başlayıb axşam saat 23:00-da başa çatacaq.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışın bayram əhval-ruhiyyəsində keçəcəyini bildirib: "Biz bu il 2017 Formula 1 Azərbaycan Qran Prisinin tamaşaçıları üçün ötən illə müqayisədə daha geniş və daha məzmunlu əyləncə proqramı hazırlamışıq. Eyni zamanda müxtəlif günlərə və zonalara fərqli qiymətlərə biletlər təklif edirik. Məqsədimiz balacadan böyüyə, hər kəsin yarış həyəcanını yaxından yaşamasını təmin etməkdir. 

Artıq yarış həftəsonuna 10 gün qalıb və son günlər ərzində yerli sakinlər yarışa daha çox maraq göstərirlər. İnanırıq ki, Formula 1 və Formula 2 yarışlarını izləməyə gələnlər yarışla yanaşı gün boyu müxtəlif əyləncə proqramları ilə unudulmaz həftəsonu keçirəcəklər. Hamını bir daha yarışı bizimlə birlikdə izləməyə dəvət edirəm. Gəlin, yarış həyəcanını və əyləncə coşqusunu bir arada yaşayaq və yay tətilinə gözəl anlarla başlayaq."

Dünya ulduzları

Dənizkənarı bulvar ərazisində salınmış böyük səhnədə dünya ulduzlarının iştirakı ilə canlı konsert proqramları baş tutacaq. İyunun 23-ü dünyaca məşhur türkiyəli müğənni Tarkan, iyunun 24-ü dünya ulduzlarından Nikol Şerzinger və The Black Eyed Peas musiqi qrupu və nəhayət iyunun 25-i musiqi dünyasında əvəzolunmaz xidmətləri olan Meraya Keri səhnəyə çıxacaqlar. Axşam saatlarında baş tutacaq bu konsertlərdə dünya ulduzları ən çox sevilən ifalarını səsləndirərək Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar.

Dünya ulduzları Bakıda
Afişa
Dünya ulduzları Bakıda

Tanınmış yerli musiqi qrupları

Yarışı izləməyə gələn tamaşaçılar Azərbaycanın gənc istedadlarının ifasında müxtəlif yerli və xarici mahnıları dinləyərək gözəl vaxt keçirə biləcəklər. Dənizkənarı bulvarda yerləşən Formula 1 şəhərciyi və Azneft zonasında səhnəyə çıxacaq bu ifaçılar indiyədək bir sıra yerli və xarici festivalların iştirakçıları olublar. 

Bakı Formula-1-ə necə hazırlaşır
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Azərbaycanı bu il Ukraynanın Kiyev şəhərində keçirilmiş Avroviziya müsabiqəsində "Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyevanın (Dihaj) rəhbərliyindəki musiqi qrupu 23-25 iyun tarixlərində dənizkənarı bulvar ərazisində yarış həvəskarlarının qarşısına çıxacaq. Vilnus, Amsterdam və Tbilisidə baş tutmuş festivallarda uğurla çıxış edib. Dihaj "İlin debütü" nominasiyasına Gürcüstanda keçirilmiş "Caucasian Music Award Phoenix" beynəlxalq musiqi festivalında yiyələnib.

Çingiz Mustafayev
© Photo : Elshan Arif
Çingiz Mustafayev

2007-ci ildə keçirilmiş "Yeni Ulduz" müsabiqəsinin qalibi Çingiz Mustafayev başçılıq etdiyi "Palmas" musiqi qrupu ilə birlikdə 22-24 iyun tarixlərində Formula 1 azarkeşləri üçün ən çox dinlənən ifalarını səsləndirəcək. 2009-cu ildən bəri fəaliyyət göstərən "Palmas" qrupu indiyədək bir sıra ölkələrdə, o cümlədən İspaniya, Rusiya və Ukraynada baş tutmuş festivallarda iştirak edib.

Anar Keytarman rəhbərlik etdiyi musiqi qrupu ilə birlikdə 22-24 iyun tarixlərində müxtəlif növ musiqi nümunələri ifa edərək yarış həvəskarlarının əyləncəsinə zövq qatacaq. Qrup öz mahnıları ilə yanaşı "Beatles", "Sting", "Vivaldi", "Bach", "Bob Marley", "Herbie Hancock" və "James Brown"-un repertuarından müxtəlif janrlara məxsus mahnıları da səsləndirəcək.

Üzeyir Novruzov
© Photo : Elshan Arif
Üzeyir Novruzov

Nərdivan adamın şousu

Azərbaycanlı sirk ustası və 2015-ci ildə ABŞ-da keçirilmiş istedadlar yarışmasının finalçısı Üzeyir Novruzov Azərbaycan Qran Prisini izləməyə gələn tamaşaçılara nərdivanla möhtəşəm şou nümayiş etdirəcək. ABŞ, Fransa, Almaniya və İtaliyada müxtəlif televiziya verilişlərində öz məharətini ustalıqla nümayiş etdirmiş Ü.Novruzov 2016-cı ildə nərdivan üzərində ən çox dayanan adam ünvanını əldə edərək Ginnesin Rekordlar Kitabına düşüb. Üzeyirin Bakıdakı şousu 23-25 iyun tarixlərində Formula 1 şəhərciyində quraşdırılmış kiçik səhnədə müxtəlif saatlarda baş tutacaq. 

Bakının ən tanınmış DJ-ləri

Bakıda yerləşən bir çox məşhur əyləncə mərkəzinin davamlı iştirakçılarından olan tanınmış DJ-lərdən REEF, Bikoo, George Effe və Twist bilet sahiblərinə yarışdan kənarda əyləncə dolu anlar yaşadacaqlar. DJ REEF 22-25 iyun tarixlərində Formula 1 şəhərciyi və Konsert Arenasında, DJ Bikoo 22-24 iyun tarixləri ərzində Azneft zonasında, George Effe 23-25 iyun tarixlərində İçərişəhər zonasında və DJ Twist 23-25 iyun tarixləri ərzində Sahil parkında yerləşən zonada çıxış edərək Formula 1 azarkeşlərinə zövqlü əyləncə təqdim edəcəklər.

Qeyd edək ki, bu il 23-25 iyun tarixlərində Bakıda növbəti dəfə baş tutacaq Formula 1 yarışını yerində canlı izləmək istəyən azarkeşlərə müxtəlif qiymətə biletlər təklif olunur. Yarış həvəskarları Azərbaycan Qran Prisinə olan biletləri şəhərin kassalarından əldə edə bilərlər. Biletləri BŞH-nin rəsmi veb-saytından sifariş etmək də mümkündür.

44
Teqlər:
Dənizkənarı bulvar, Formula 1 Azərbaycan Qran Prisi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Çingiz Mustafayev, Üzeyir Novruzov, George Effe, Bülent Özərdim, Diana Hacıyeva, Kiyev, Ukrayna, Azərbaycan, Bakı
Əlaqədar
Formula 1 ilə bağlı şəhərdə bu dəyişikliklər olacaq
Bakı Formula-1-ə necə hazırlaşır
"Formula 1"i izləyə bilmək üçün yeni imkanlar yaradılır
Jurnalistlər Formula-1-in qaydaları ilə tanış oldular
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

34
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

34
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0