Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Barselona"lı ulduz futbolçu "Qalatasaray"ın bir addımlığında

© AP Photo / Manu FernandezFutbolçu Arda Turan
Futbolçu Arda Turan - Sputnik Azərbaycan
Abunə olmaq
Arda Turan ispan klubundan illik 4 milyon dollar maaş alır

BAKI, 5 iyun — Sputnik. Türkiyənin "Qalatasaray" futbol klubu, "Barselona"da forma geyən keçmiş oyunçusu Arda Turanı heyətinə qaytarmaq üçün hərəkətə keçib. Sputnik Azərbaycan bu barədə "Akşam"-a istinadən xəbər verir.

Məlumata görə, "cimbom"un menecerləri Arda Turanı icarəyə götürmək üçün İspaniyaya yollanıb. Lakin türkiyəli futbol mütəxəssisləri hesab edir ki, "Qalatasaray"ın bu arzusunun gerçəkləşməsi olduqca çətindir. Çünki Arda Turan "Barselona"da çox az oynasa da, aldığı maaş çox yüksəkdir və türk klubunun o qədər pulu oyunçuya ödəyə bilməsi hardasa mümkün deyil.

Bununla belə, "Qalatasaray" rəhbərliyi transferi həyata keçirə bilmək üçün sona qədər çalışacaqlarını açıqlayıb.

Qeyd edək ki, Arda Turan ispan klubundan illik 4 milyon dollar maaş alır.

Xəbər lenti
0