Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Nazir: "Açılış mərasimində bir balaca problem olub"

© Sputnik / Murad OrujovМинистр молодежи и спорта Азербайджана Азад Рагимов
Министр молодежи и спорта Азербайджана Азад Рагимов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Türkiyə ilə birlikdə birləşərək Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

BAKI, 23 may — Sputnik. Bu gün IV İslam Həmrəyliyi Oyunlarının yekununa həsr olunmuş mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, konfransda gənclər və idman naziri, yarışın baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyid Dahruq, Milli Olimpiya Komitəsinin, eyni zamanda, İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və Oyunların Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak ediblər.

Mətbuat konfransını giriş sözü ilə açan Azad Rəhimov qeyd edib ki, Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün uğurla nəticələnib: “Komandamız Rio-2016 Olimpiadasında olduğu kimi islam ölkələri arasında birinci oldu. Bu gün 162 medal, o cümlədən 75 qızıl, 50 gümüş, 37 bürünc mükafat qazanan Azərbaycan komandası çox uğurlu nailiyyət göstərib. 2 il ərzində oyunları yüksək səviyyədə keçirmək üçün planlaşdırılan işlərimiz bütün sahədə yüksək səviyyədə həyata keçib. Doğrudur, açılış mərasiminin sonunda nəqliyyatla bağlı bir balaca problem olmuşdu. Amma dünən baş tutan bağlanış mərasimində heç bir problem yaşanmadı və insanlar çox rahat şəkildə nəqliyyatdan istifadə edə bildilər. Yarışların keçirildiyi məkanların heç birində xoşagəlməz hadisə baş vermədi. Qürurla deyə bilərik ki, Bakıda baş tutan İslamiada Rioda keçirilən Yay Olimpiya Oyunlarından bəlkə də daha yüksək səviyyədə təşkil olunub”. 

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi - Sputnik Azərbaycan
FOTO
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi fotolarda

Daha sonra Milli Olimpiya Komitəsinin, eyni zamanda, İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə yığmamızın çıxışından danışıb. O bildirib ki, millimiz Birinci Avropa Oyunlarında olduğu kimi İslam Həmrəyliyi Oyunlarında da böyük uğura imza atıb: “Biz deyirik ki, 162 medal qazanmışıq. Amma mükafatlarımızın sayı bəlkə də 250-dən çoxdur. Ona görə ki, bizim komanda idman növlərində bizi təmsil edən həndbol, voleybol, basketbol və futbol komandalarımız da medal qazanıblar. Biz təkbətək idman növlərində uğurlara öyrəşmişik. Amma bu oyunlarda bütün idman növlərdə medal qazana bildik. Bu Azərbaycanda idmanın hərtərəfli inkişafının bariz nümunəsidir”.

Çıxışı zamanı Azərbaycana, İslamiadanın Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevaya xüsusi təşəkkür edən Dahruq bildirib ki, Bakı yarışı çox yüksək səviyyədə keçirib. Onun sözlərinə görə, Azərbaycan böyük idman yarışlarını, hətta Yay Olimpiya Oyunlarını da təşkil etməyə qadir ölkədir: “Təbii ki, burda da kiçik problemlər oldu. Amma bu yüksək təşkilatçılığa kölgə salmadı. Burda Beynəlxalq Olimpiya Komitəsinin üzvləri də vardı. Deyərdim ki, təşkilatçılıq Riodan çox yaxşı oldu”.

Daha sonra iştirakçılar media nümayəndələrinin suallarını cavablandırıblar.

Azad Rəhimov jurnalistin biletlərin satışı ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, satışa çıxarılan 500 min biletdən 360 mini satılıb: “Təxminən 2,5-3 milyon manatlıq bilet satılıb. Ümumilikdə Azərbaycana 59 ölkədən tamaşaçı gəlib”.

O, açılış və bağlanış mərasimlərinə xərclənən vəsaiti də açıqlayıb: “Açılış və bağlanış mərasimlərinə gəlincə, onlara büdcədə 20 milyon dollar nəzərdə tutulmuşdu. Hələ xərclər tam hesablanmayıb və son qiymətlər dəqiqləşəndən sonra konkret suala cavab verə biləcəm”.

Ç. Hüseynzadə isə qələbəsinə sevindiyi idmançılar haqqında bunları deyib: “Rəfael Ağayev, Elxan Məmmədovun qələbə qazanmağı məni çox sevindirdi. Eyni zamanda, gənclərin qalib gəlməsi də yerinə düşdü. Mən Azərbaycan Atletika Federasiyasının prezidenti kimi Nazim Babayevlə Anna Skidanın nəticəsini xüsusi vurğulayardım. Ümid edirəm ki, onlar Tokio-2020-də medalçılar sırasında olacaqlar”. 

Прощальный салют Исламиады-2017 в Баку - Sputnik Azərbaycan
VİDEO
Bakıda IV İslam oyunlarının vida atəşfəşanlığı

Nazir Azad Rəhimov Azərbaycanda Olimpiya Oyunlarının keçiriləcəyi ilə bağlı suala belə cavab verib: “2024-cü il üçün biz namizəd deyildik. 2028-ci ilə namizədlər isə 2020-ci ildən bilinəcək. O vaxta kimi çox zaman var. Konkret bir fikir bildirə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, Olimpiya Komitəsinin şərtləri çox ağırdır. Onlar bir qədər yumşaldılarsa, bəlkə gələcəkdə belə bir mötəbər yarış Azərbaycanda keçirilə bilər”.

Çingiz Hüseynzadə isə əlavə edib ki, ola bilər gələcəkdə bir ölkə yox, iki yaxın qonşu ölkə birləşərək də Olimpiya oyunlarını birlikdə keçirə bilər: "Məsələn, Azərbaycan Türkiyə ilə birlikdə birləşərək Olimpiya Oyunlarına ev sahibliyi edə bilər. Yenə də zaman bunu göstərəcək".

Xəbər lenti
0