Sərbəst güləşçilərimizin uğurlu çıxışı

21
(Yenilənib 23:53 19.05.2017)
Azərbaycan sərbəst güləşçiləri günü 2 qızıl, 1 gümüş medalla başa vurublar

BAKI, 19 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçimiz Nurməhəmməd Hacıyev qızıl medal qazanıb.

97 kq çəki dərəcəsində yer alan Hacıyev finalda iranlı Amir Mohammadiyə qalib gəlib.

65 kq çəki dərəcəsində yer alan azərbaycanlı sərbəst güləşçi Məhəmməd Müslümov isə finalda iranlı Meysam Nəsiriyə uduzub.

57 kq çəki dərəcəsində yer alan digər sərbəst güləşçimiz Əmiraslanov finalda qazaxıstanlı Jandos İsmayılovu məğlub edərək qızıl medal qazanıb.

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 2 qızıl, 1 gümüş medalla başa vurublar.

21
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

28
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

28
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

48
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

48
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

0
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

0