Соревнований по тяжелой атлетике среди мужчин в весовых категориях до 77, до 85 и до 94 кг IV Игр Исламской солидарности

İslam Oyunlarının ən yaxşı ağır atletləri seçilib

17
(Yenilənib 17:08 19.05.2017)
Ən yaxşı qadın ağır atlet adına azərbaycanlı Anastasiya İbrahimli, ən yaxşı kişi ağır atlet adına isə özbəkistanlı Rüstəm Canqabayevi layiq görülüb

BAKI, 19 may — Sputnik. Ağır Atletika Federasiyası İslam Həmrəyliyi Oyunlarının iştirakçıları və qonaqları üçün xüsusi tədbir keçirib. Federasiyanın mətbuat ximətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Asiya Ağır Atletika Federasiyasının vitse-prezidenti Mohammad Caludun başçılığı ilə çox sayda idmançı, hakim və digər məsul şəxslər və texniki-inzibati qurumların nümayəndələri, müxtəlif federasiyaların rəhbər şəxsləri tədbirə qatılıblar.

AAAF-ın vitse-prezidenti Tofiq Heydərov çıxış edərək yarışların gedişatı, buna qədər görlüən işlər, əldə edilən nəticələr, yerli federasiyamızın ağır atletikanın inkişafı üçün gördüyü işlərdən danışıb, AAAF Parkın çoxfunksiyalılığı, buradakı idman infrastruktur obyektləri haqda məlumat verib. Daha sonra Mohammad Calud, həmçinin Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamer Taşpınar çıxış edərək yüksək təşkilatçılıqdan danışıb, məmnunluqlarını dilə gətiriblər.

Sonra “Ağı Atletika Zamanı” jurnalının idmançılara xüsusi mükafatı təqdim edilib. Nəşr tərəfindən IV İslam Oyunlarının ən yaxşı qadın və ən yaxşı kişi atleti seçilib. Jurnal ən yaxşı qadın ağır atlet adına azərbaycanlı Anastasiya İbrahimlini, ən yaxşı kişi ağır atlet adına isə özbəkistanlı Rüstəm Canqabayevi layiq görüb. Onlara xüsusi hazırlanmış kuboklar təqdim edilib.

17
Teqlər:
IV İslam Həmrəylik oyunları, Ağır Atletika Federasiyası, Mohammad Calud, Rüstəm Canqabayev, Tofiq Heydərov, Anastasiya İbrahimli
Əlaqədar
Sabah Donald Trampın ən ağır günü olacaq
Azərbaycanlı boksçu: "Bu, ağır döyüş idi"
Olimpiya çempionumuza ən ağır cəza
İslamiada ilə bağlı ağır ittiham təsdiqini tapmadı
Ağır çəkili pəhləvanımız medalsız qaldı
Oktaqona ümumi baxış, arxiv şəkli

UFC “DQR bayrağına” görə erməni idmançını cəzalandırdı

11
(Yenilənib 15:05 07.08.2020)
Erməni idmançı qaydaları pozduğuna görə cərimələnib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib

BAKI, 7 avqust – Sputnik. Erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan UFC-dəki çıxışı zamanı törətdiyi təxribata görə cəzalanıb.

Sputnik Azərbaycan-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu “Glendale fighting club”un rəhbəri Edmond Tarverdyan açıqlayıb.

Şahbazyanın şəxsi məşqçisi və meneceri olan Tarverdyan Ermənistan mətbuatına bildirib ki, avqustun 2-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “UFC Fight Night 173” turniri çərçivəsində keçirilən döyüş zamanı idmançının öz küncündə qondarma "Dağlıq Qarabağ Respublikası"nın “bayrağ”ını asması cəzasız qalmayıb: “Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin səfirlikləri bizdən şikayət ediblər ki, Edmen Şahbazyan oktaqona Dağlıq Qarabağ Respublikasının bayrağı ilə çıxıb. UFC rəhbərliyi bizi cərimələyib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib”.

Məşqçi səhv etdiklərini boynuna alıb: “Etiraf edim ki, biz səhv etdik. Müqavilənin bəndinə diqqət yetirməmişdik. Bunun cəzasını çəkməyə hazırıq”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi yarışda erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırması ilə bağlı UFC-yə etiraz məktubu ünvanlayıb. Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.

11
Roy Cons, arxiv şəkli

Dişləyə bilər. Mayk Taysonun rəqibinin qulaqları sığortalanacaq

14
(Yenilənib 15:36 05.08.2020)
1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb

BAKI, 5 avqust — Sputnik. Keçmiş mütləq dünya çempionu Roy Consun qulaqları həmvətəni Mayk Taysonla döyüşdən əvvəl sığortalana bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Consun meneceri Colt Barnanın belə bir niyyəti var.

Barnanın fikrincə, "mümkün kazusu" nəzərə almaq lazımdır.

1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb.

Holifild və Tayson 1996-cı ildən 1997-ci ilə qədər iki döyüş keçiriblər. Hər ikisində Holifild qalib gəlib. O, birinci döyüşün 11-ci raundunda Taysonu nokauta göndərib. İkinci döyüşdə isə rəqibinin qulağını dişlədiyinə görə Tayson diskvalifikasiya olunub.

Bu il iyulun 21-də 54 yaşlı Mayk Tayson 51 yaşlı keçmiş mütləq dünya çempionu Roy Consonla döyüşəcəyini bildirib. Döyüş sentyabrın 12-də Kaliforniyada keçiriləcək. Duelin səkkiz raundlu olması planlaşdırılır.

Tayson xeyriyyə turnirləri üçün peşəkar rinqə qayıtmaq istəyi barədə aprelin sonlarında danışıb. Amerikalı 2005-ci ildən döyüşlərdə olmayıb. Onun hesabına 58 duel var. O, onlardan 50-də qazanıb.

14
 Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur

Vətən uğrunda canından keçənlərin uyuduqları məkan yenidən təmir olunur

0
(Yenilənib 16:45 08.08.2020)
Xaçmazın Şəhidlər Xiyabanında quruculuq işləri aprel ayından başlanılıb. 225 nəfərin şəkilləri əks olunan xatirə lövhələrinin yenidən quraşdırılması yekunlaşmaq üzrədir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Xaçmaz rayonunda baxımsız və köhnə vəziyyətdə olan Şəhidlər Xiyabanı yenidən qurulur. Rayonun icra başçısı Elnur Rzayevin qərarı ilə uzun müddətdir baxımsız halda olan Şəhidlər Xiyabanında əsaslı bərpa və təmir işləri başlanılıb. Bununla bağlı məlumatı Sputnik Azərbaycan-a Xaçmaz rayon İH-in baş məsləhətçisi Yaqut Məhsimova verib.

Onun sözlərinə görə, təmir başa çatdıqdan sonra burada yeni yaşıllıqlar, ağac və gül kolları əkiləcək və abadlaşdırılacaq: “Xaçmaz rayonundan Vətən uğrunda 225 nəfər şəhid olub. 2006-cı ildə onların xatirəsini əbədiləşdirmək  üçün Şəhidlər Xiyabanı kompleksi salınıb. İllər keçdiyinə görə xiyaban yararsız hala düşüb. Və bu səbəbdən burada yenidən quruculuq-bərpa işləri aparılır. 2500 kvadratmetr sahəni əhatə edən xiyabanda quruculuq işləri aprel ayından başlanılıb. Hal-hazırda işlər davam etdirilir. 225 nəfərin şəkilləri əks olunan xatirə lövhələrinin yenidən quraşdırılması yekunlaşmaq üzrədir”.

  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur

“Xiyabanın mərkəzində hündürlüyü 17 metrə yaxın olan "Əbədi məşəl" xatirə kompleksinin tikintisinə başlanılıb. Bundan başqa, xiyabanda Xaçmazın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü də qoyulacaq. Aprel ayında başlanılan quruculuq işlərinin oktyabr ayında başa çatacağı gözlənilir. Təbii ki, bunların hamısı hər zaman şəhidlərimizə və onların ailələrinə dəyər verən cənab Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqətin bariz nümunəsidir. Bundan başqa, xiyabanla yanaşı, kəndlərdəki şəhidlərin də məzarları yenidən bərpa edilir”, - Y.Məhsimova bildirib.

Şəhidlər Xiyabanında gedən təmir-bərpa işləri, şəhid ailələrini də çox sevindirib. Bu barədə açıqlama verən şəhid Niftəliyev Adil Kamal oğlunun bacısı Qızılgül xanım öz duyğularını bizimlə bölüşüb. Onlar bu xəbəri eşidəndən həm kövrəldiklərini, həm də sevindiklərini bildirib. Onun sözlərinə görə, xiyabana gedən zaman lövhələrin yararsız hala düşdüyünü görəndə çox narahat olurdular. O, ən azından lövhələri yaxşı vəziyyətdə görəndə mənən də olsa rahatlıq tapdıqlarını bildirib.

0
Əlaqədar
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
General-mayor Polad Həşimov səngərdə şəhid olub - Müdafiə Nazirliyi
“Ailəsinə bağışlaya bilərəm” – Gənc heykəltəraş 4 günə generalın büstünü hazırlayıb
General Polad Həşimovun adı əbədiləşdiriləcək