Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Boksda ilk qızıl medalımız gəldi

© pixabay / PDPicsBoks əlcəkləri, arxiv şəkli
Boks əlcəkləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Azərbaycanın daha 5 boksçusu final görüşünə çıxacaq

BAKI, 18 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə final döyüşlərinə start verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, əvvəlcə rinqə 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev çıxıb. 

Çələbiyev həlledici görüşdə iraqlı Ammar Kərbəlayini məğlub edib. 

Bu gün Azərbaycanın daha 5 boksçusu final görüşünə çıxacaq. 

Bunlar 69 kq-da Tamerlan Abdullayev, 75 kq-da Kamran Şahsuvarlı, 81 kq-da Rauf Rəhimov, 91 kq-da Teymur Məmmədov və +91 kq-da Məhəmmədrəsul Məcidovdur.

Xəbər lenti
0