Tayfur Əliyev - boksçu

Boks yığmamızın ilk medalının əyarı bilindi

22
Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran Tayfur Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib

BAKI, 17 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsinə start verilib. Sputnik Azərbaycan xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb.

56 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançımız özbəkistanlı Abdulxay Şaraxmatovla üz-üzə gəlib. 1/4 finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə boksçumuz Əliyev İslamiadanı bürünc medalla başa vurub.

22
Teqlər:
Tayfur Əliyev, IV İslam Həmrəyliyi Oyunları, rinq, yarış, Azərbaycan, mübarizə, boks
Əlaqədar
Yığmamız İslamiadanın bu gününü 13 medalla başa vurub
Azərbaycan taekvondoçuları qızıl və gümüş medal qazanıblar