Azarkeşlər

Dörd idmançımız körpücük üzərində

13
(Yenilənib 13:44 15.05.2017)
Azərbaycan yığma komandası yarışa tam heyətlə qatılır

BAKI, 15 may — Sputnik. 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Sputnik Azərbacan xəbər verir ki, körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılır.

Qeyd edək ki, bu gün çəkisi 63 və 69 kq olan qadınlar körpücük üzərinə artıq çıxıblar. 63 kq çəki dərəcəsində isə Firuzə İbrahimova və Elnarə Abbasova, 69 kq-da isə Fidan Hüseynzadə və Anastasiya İbrahimli medal mübarizəsi aparacaqlar.

13
Teqlər:
atlet, yarış, idman
Əlaqədar
İslam Oyunlarında ağır atletika yarışları başlayır
Bu gün İslamiadada futbol yarışlarına start veriləcək
Taekvandoçular mötəbər yarışa yollanır
Zona yarışları bitdi